İQTİSADİ
A- A A+

Türkdilli dövlətlər üzrə “Müasir İpək yolu” proqramı hazırlanır

2015-05-09 11:25:04

Dörd türkdilli dövlət – Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə birgə turizm məhsulu yaradacaq.

Fact-info.az  Azərtac-a istinadən xəbər verir ki, bu fikri Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin turizm departamentinin direktoru Maksat Çakiyev səsləndirib.

Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər üzrə vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutan “Müasir İpək yolu” proqramı hazırlanır. Marşrut Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətlərini əhatə edəcək.

M.Çakiyev qeyd edib ki, türkdilli ölkələrdə dünya ictimaiyyətinin marağına cavab verən təbiət obyektləri və tarixi yerlər kifayət qədərdir. O deyib: “Turizmin inkişafı üçün “Böyük İpək yolu” brendindən istifadə etmək lazımdır. Elə bunun üçün də müvafiq proqram işlənilib”.

 

Xatırladaq ki, ölkələr arasında birgə turizm məhsulunun yaradılması barədə razılıq keçən il əldə olunub. Bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi planı hazırdır və yaxın vaxtlarda icrasına başlanılacaq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1471

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...