SİYASƏT
A- A A+

"Ermənilərin "İsgəndər" sevinci başa çatdı"

2016-12-23 09:15:15

Ermənilərin “İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı

Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir.
 Bunu APA-ya açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilərək döyüş atışlarının keçirilməsini şərh edərkən deyib.
 Onun sözlərinə görə, ərazimizi düşmənin mümkün hava hücumundan qorumaq üçün yaradılan eşelonlaşdırılmış müdafiə və digər kompleks tədbirlər istənilən addımın qarşısını almağa imkan verir: “Deyə bilərik ki, bu gün uğurlu atışları həyata keçirən və ilk atışdan hədəfi məhv edən “İldırım” kompleksi, eləcə də Azərbaycan Ordusunun arsenalında olan bu tipli digər müasir komplekslər erməni tərəfinin “İsgəndər” sevincinə son qoydu. Bu komplekslər sutkanın istənilən vaxtında, çətin iqlim və döyüş şəraitində, müxtəlif hündürlük və uzaqlıqda olan bir neçə hava hədəfini, eləcə də bütün aerodinamik, hətta taktiki, ballistik raketləri də aşkar və məhv etməyə qadirdir.
 İndi tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda Ermənistanın bütün hava məkanını da nəzarət altında saxlayır.
Azərbaycan öz hava məkanını istənilən hücumdan müdafiə etməyi bacaracaq. Amma Ermənistanın bunu edə bilməsi çox böyük sual doğurur və real yanaşsaq, icrası da mümkün deyil. Düşmən onu da bilməlidir ki, Azərbaycanın sərəncamında olan yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik yüzlərlə digər raketlər işğal altındakı ərazilərdə və Ermənistanda istənilən hərbi obyekti darmadağın etməyə hazırdır”. 


Kateqoriya : SİYASƏT Baxış sayı : 537

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

İQTİSADİ

2019-01-29 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...