TƏDQİQATLAR
A- A A+

Soyqırımla bağlı ingilis dilində çap olunmuş kitab əcnəbi tələbələrə təqdim olunub

2016-12-22 16:50:36

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Sosial Rifah və Tədiqatlar İctimai Birliyinin sədri,  Fact-info.az saytının rəhbəri Əkrəm Bəydəmirlinin   ingilis dilində çap olunan  “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının  Tibb Universitetində təhsil alan  xarici tələbələr üçün təqdimatı  bu gün keçirilib.

Tədbirdə əcnəbi tələbələrə kitabla bağlı  geniş məlumat verən müəllif  Əkrəm Bəydəmirli fikirlərini belə açıqlayıb:  Bu kitabda əsasən 1918-ci il hadisələri, xalqımıza  qarşı törədilən soyqırım hadisələrinə nəzər salınıb.  5  ildən artıq müddətdə tədqiqatlar aparılıb. Aparılan bu araşdırmalar bir  neçə istiqamətdə olub.  İnsan faktoru ilə bərabər  Azərbaycanın maddi və mədəniyyət resurslarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına  qarşı törədilən vəhşiliklər haqqında da məlumatlar toplanılıb. Kitabda  müxtəlif arxiv,  kitab, internet  və KİV  materiallarına istinad  etməklə tarixi proselərlə bağlı araşdırmalar aparılıb.  Canlı şahidlərə  və o dövrlə bağlı  məlumatlı insanlarla müsahibələrə üstünlük verilib.

Kitab müəllifi daha sonra bildirib ki, birbaşa  1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki,  barmaqla sayılası qədər az olmasına baxmayaraq, onlarıın fikirləri zamanında qələmə alınıb. Həmin insanların dediyi faktlar informasiyaya çevrilib. Kitabda 1918-ci il hadisələri ilə bərabər, ümumilikdə o dövrdə gedən ictimai-siyasi proseslər təhlil olunub. Tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir edilib.

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının  ingilis dilində çap olunmasını müsbət  dəyərləndirən Xocalı  Soyqırımının Tanıtma  İctimai Birliyinin sədri Şamil Sabiroğlu  belə  kitabların davamlı olaraq xarici auditoriyaya çatdırımasının zəruri olduğunu  bildirib. Daha sonra  Milli Qəhrəman Səfiyar Behbudovun bacısı, QHT sədri Naibə Behbudova,  Tibb Universittenin müəllimi Nağdəli Zamanov  və digərləri çıxış ediblər. Əcnəbi tələbələrin sualları cavablandırılıb. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

 Toğrul

  • @continue

Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1469

QHT və MEDİA

2020-07-03 08:35:36

QHT və MEDİA
Diplomatik münasibətlərin 100 illiyinə h...
Diplomatik münasibətlərin 100 illiyinə h...

Polşa Respublikasının Polşa Poçtunun (Poczta Polska) qərargah binasında iki r...

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...