QHT və MEDİA
A- A A+

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək”

2015-05-08 21:10:33

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası mayın 8-də “Antiazərbaycan kampaniyasının təşkilatçıları: göründükləri və olduqları kimi” mövzusunda Dəyirmi masa keçirib.

Dəyirmi masada Milli Məclisin deputatları, KİV və QHT rəhbərləri, politoloqlar iştirak ediblər.

Koalisiyanın əlaqələndiricisi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov bildirib ki, artıq Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı bəzi dairələr tərəfindən aparılan qarayaxma kampaniyası da genişlənir. ABŞ-ın və Avropanın bəzi qurumları da məkrli siyasətlərindən əl çəkməyərək qara piar kampaniyasını davam etdirirlər.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Qərb ölkələrində aparılan antiazərbaycan kampaniyasının səbəbləri və mahiyyəti”, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar”, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz “İşğalçı dövlətlərə və separatçı rejimlərə münasibətdə ikili standartlar geostrateji maraqların təzahürü kimi” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda bildirilib ki, xalqımızın özünə inam hissini gücləndirəcək, vətəndaşlarımıza qarşımızda duran strateji hədəflərimizə çatmaq üçün mübarizə əzmi verəcək birinci Avropa Oyunları Azərbaycanın mühüm beynəlxalq tədbirlərin yüksək səviyyəli təşkilatçısı kimi mövqeyini daha da möhkəmləndirəcək. İlk Oyunların Bakıda keçirilməsi məhz Avropa Oyunları ilə bağlı standartların Azərbaycanda formalaşmasına imkan verəcək. Bu isə hər dəfə Avropa Oyunları keçirildikcə Azərbaycanın adının xatırlanması deməkdir. Ona görə də Avropa Oyunları ərəfəsində beynəlxalq ictimaiyyətin və medianın diqqətinin Azərbaycanda olacağını nəzərə alan Ermənistan, erməni diasporu, işğalçı dövləti dəstəkləyən qüvvələr, ölkəmizdə geosiyasi və geoiqtisadi maraqları olan dairələr bundan istifadə edərək Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmağa, Oyunların keçirilməsindən əldə etdiyimiz üstünlüklərin təsirini azaltmağa çalışırlar.

Məruzələrdə bir sıra Avropa ölkələrində və ABŞ-da sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı ilə bağlı ciddi problemlərin olduğu bildirilib. Avropa məkanında bu fundamental azadlıqların hələ də tam təmin olunmadığı vurğulanıb.

Bildirilib ki, QHT-lərin sayına görə Azərbaycan Avropadan və MDB ölkələrindən daha yaxşı göstəricilərə malikdir. Son 20 ildə Azərbaycanda cəmi 2 təşkilat ləğv olunub. Lakin Avropa dövlətlərində bu göstərici daha yüksəkdir.

İkili standartların təzahürlərindən danışan çıxışçılar qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən 4 qətnamə qəbul edib, lakin bu sənədlərin icrası ilə bağlı heç bir addım atılmayıb. Ancaq beynəlxalq ictimaiyyət Ukrayna hadisələrində Rusiyaya qarşı tam fərqli münasibət göstərdi. Bu, beynəlxalq aləmdə ikili standartların mövcudluğunun bariz göstəricisidir. Çıxış edənlər Azərbaycanın müstəqil siyasət yürütməsinin bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılandığını, ona görə də ölkəmizə qarşı bu cür çirkin kampaniyalar təşkil edildiyini, təzyiqlər göstərildiyini qeyd ediblər.

Sonra məruzələr ətrafında çıxışlar olub.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı və başqaları Azərbaycanda media və söz azadlığı ilə bağlı xeyli işlərin görüldüyünü, ölkəmizə qarşı səsləndirilən iradların heç bir əsasının olmadığını diqqətə çatdırıblar.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1584

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...