SOSİAL
A- A A+

İraqda Milli Qəhrəman Mübariz İbrahimovun adına yaşayış sahəsi salınıb

2016-12-22 09:15:00

İraqda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun adına yaşayış sahəsi yaradılıb

Bu ölkənin Kərbəla şəhərində salınmış yaşayış sahəsinin girişində Milli Qəhrəmanın portreti asılıb və şəklin altında Azərbaycan dilində və latın əlifbasında onun adı, soyadı yazılıb.

Hasarla əhatəyə alınmış ərazi bir neçə yüz hektardan ibarətdir. Burada Azərbaycandan İraqa gələn qonaqların, o cümlədən soydaşlarımızın dincəlməsi, gecələməsi üçün hər cür şərait yaradılıb.

Hələlik 80-90 çadırın qurulduğu yaşayış sahəsində yeməkxana, mətbəx, dəstnamazxana fəaliyyət göstərir. Qeyd edək ki, gələn il onun ərazisinin daha da genişləndirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov 2010-cu ilin 18 iyununda döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirərək və düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olub. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb. (report)

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 855

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...