SİYASƏT
A- A A+

Britaniya parlamentində azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsi qaldırılıb

2016-12-22 09:05:35

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyondаn çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemi Böyük Britaniya Parlamentinin Milad bayramından öncəki son iclasında qaldırılıb

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Bob Bləkman Milad tətilindən öncə parlament müzakirələrində çıxış edərək bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi artıq uzun müddətdir davam edir. Bu, unudulmuş münaqişədir və təəssüf ki, Ermənistan, Rusiya və onların müttəfiqlərinin mövqeyi ümumi duruma elə də kömək etməyib. Bu il Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri o insanlar üçün salınmış düşərgələrdən birinə səfər ediblər. Onlar günahkar olmadıqları halda çox əziyyət çəkirlər. Vacibdir ki, dünyanın həmin bölgəsində insan hüquqları və ümumbəşəri dəyərlər bərpa olunsun”.
Bu bəyanat Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun bu ilin iyulunda Azərbaycana baş tutan səfərinin nəticəsi olaraq verilib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan səfərdə müxtəlif partiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinə Bob Bləkman başçılıq edib. Səfərə, həmçinin qrupun sədr müavinləri Mark Menzies, Baronessa Manzur, Lord Kilkluni və qrupun katibi Rocer Qodstif də qatılıb.
Bu yaxınlarda məşhur alman fotoqrafı Filip Ratmerin Londonun “Old Truman Brewery” qalereyasında, azərbaycanlı məcburi köçkünlərin portretlərindən ibarət “Evə aparan beş yol” adlı sərgisinin açılışında dostluq qrupunun səkkiz üzvü də iştirak edib.

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 741

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...