CƏMİYYƏT
A- A A+

Xocalı dəhşətlərindən bəhs edən monotamaşa Türkiyə səhnəsində

2016-12-21 10:15:53

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” monotamaşasının Türkiyədə premyerası keçirilib

 Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən tamaşa İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub. Monotamaşada rolu aktrisa Kəmalə Kamilqızı ifa edib. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub.
Premyerada çıxış edən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev deyib: “Xocalı dəhşətlərini, erməni vandallarının törətdiyi ağlasığmaz vəhşilikləri dünyaya bəyan etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan səhnə əsərinin nümayişi faciənin bütün dəhşətlərini bir daha gündəmə gətirir. Tamaşanın maraqlı cəhətlərindən biri də teatr və kinonun sintez edilməsindədir. Səhnə əsərində Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” monotamaşasında mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələr yer alıb. Bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən də tələbələr iştirak ediblər”.(AZƏRTAC)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 682

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...