QHT və MEDİA
A- A A+

Vüsal Quliyev: "Azərbaycan gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib"

2016-12-20 10:15:48

Bu fikirləri “İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib

V.Quliyev qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 25 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atıb. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Dövlət guya gənclərin problemləri ilə məşğul olması barədə cəmiyyətdə yalnış təsəvvür formalaşdırırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Həmin ilin avqustunda ulu öndər Heydər Əliyev cəmiyyətin ən fəal təbəqəsi olan gəncləri Milli Məclisdə bir araya gətirərək onlarla ilk və tarixi görüşünü keçirdi. Bununla da gənclərə vətəndaş cəmiyyəti quruculuğu prosesində öncül yer verilmiş oldu və çox əhəmiyyətli ictimai münasibətlərə start verildi. Həmin görüşdə gənclər tərəfindən səsləndirilmiş təkliflərin böyük əksəriyyəti nərəzə alındı. Bu görüşün məntiqi davam kimi Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi".

PA rəsmisinin sözlərinə görə, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır: "Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib".

V.Quliyev bildirib ki, bu gün ölkədə həyata keçirilən gənclər siyasəti nəinki gənclərin fərdi qaydada inkişafına şərait yaradıb, o cümlədən onların təşkilatlanmasına, müxtəlif ictimai birliklərdə təmsil olunmalarına geniş imkanlar verib: "Hazırda ölkəmizdə 300-dən artıq dövlət qeydiyyatına alınmış gənclər təşkilatı mövcuddur. Gənclər təşkilatları vətəndaş cəmiyyətində aparıcı rola malikdir. Onların təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar minlərlə insanı əhatə edir".

O əlavə edib ki, “İrəli” İctimai Birliyi ölkənin ən qabaqcıl və fəal gənclər təşkilatlarından biridir. Azərbaycanda insan kapitalının inkişafına dəstək olmağı əsas missiyası müəyyən etmiş “İrəli” İctimai Birliyi yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və maraqlı təşəbbüslərlə çıxış edib. Hazırda minlərlə gənc Birliyin üzvdür: "Əvvəlki illərdə olduğu kimi, hesabat dövrü ərzində də Birlik maraqlı təşəbbüslərlə çıxış edib, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməkliyi ilə həmin ideyaları reallaşdırıb. Birlik Azərbaycanın dövlət gənclər siyasətinə töhfə vermək məqsədilə fəaliyyətinin son iki ili ərzində 15 geniş tərkibli layihə həyata keçirib. Bu layihələr sırasında gənclərin təşkilatlanmasına stimul verən “Mənim gənclər təşkilatım”, ali təhsil müəssisələrində təhsil alan gənclər arasında şəbəkələşməni və onların idarəetmə qabiliyyətlərini artırmaq məqsədilə “Şəxsi inkişaf akademiyası”, gənclərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi üçün “Nəzər nöqtəsi”, gənc və peşəkar jurnalistlərlə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanda mətbuatın 140 illiyi münasibətilə “Gənc əkinçi”, region gənclərini bir yerə toplayan “Region gənclərinin əməkdaşlıq forumu”, Azərbaycanda könüllülük fəaliyyətinin inkişaf etdirilməsi və gəncləri bu işdə həvəsləndirmək, İlk Avropa Oyunları “Baku 2015”-ə və IV İslam Həmrəylik Oyunlarına dəstək olmaq üçün “Könüllülük Akademiyası” və “Könüllülük Festivalı” layihələrini göstərmək olar. Ümumi olaraq keçirilmiş layihələr çərçivəsində 5000 nəfərdən artıq gəncin müraciətinə baxılıb. Onlardan 2130 gənc birbaşa olaraq layihələrdə iştirakçı adını qazanıb. İştirakçıların 60%-dən çoxu region gəncləri olub. Layihələr boyunca 71 müxtəlif mövzuda təlim sessiyası təşkil edilib.

Bu gün “İrəli” İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda rəhbər strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət haldır. Fürsətdən istifadə edib, yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edir və işlərində müvəffəqiyyətlər diləyirəm".(Azadinform)

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 780

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...