MƏDƏNİ
A- A A+

Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu”

2016-12-16 10:25:31

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq Rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” adlı yaradıcılıq gecəsi keçirilib

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Səttar Bəhlulzadənin həyat və yaradıcılığından, eləcə də Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən söhbət açılıb. 
Bildirilib ki, adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi daxil olan Səttar Bəhlulzadə təkcə öz sənətinin deyil, ölkəmizin əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun və adət-ənənələrinin ən gözəl bilicilərindən olub. S.Bəhlulzadənin əsərləri doğma torpağa sevgi rəmzi, eləcə də xalq yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır.
Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Təranə Cəbiyevanın “Səttar yadigarı” kitabının təqdimatı keçirilib. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb.
Musiqili proqramla davam edən tədbirdə görkəmli fırça ustasının adını daşıyan sarayda fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 821

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...