SOSİAL
A- A A+

Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilib

2016-12-16 09:20:28

14 dekabr 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilib

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır.

Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi və Silahlı Qüvvələr veteranları, Yasamal rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti, ziyalılar, media nümayəndələri iştirak etmişlər.

C.Xəliləv Respublika Veteranlar Təşkilatının fəaliyyəti, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər barəsində geniş məlumat verərək demişdir: “Veteranlar Təşkilatı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Biz müntəzəm surətdə gənclərlə müxtəlif ünvanlarda görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübəmizi əsirgəmirik. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Bu il aprel ayının əvvəllərində cəbhə xəttində 4 günlük müharibə göstərdi ki, ölkə gəncləri öz Vətəni, torpağı uğrunda canından keçməyə həmişə hazırdır. Son hadisələrdə ümumən cəmiyyətin orduya, Azərbaycan əsgərinə dəstəyi ölkədə vətənpərvərlik hisslərinin doğrudan da, güclü olduğunu bir daha nümayiş etdirdi.

Bu gün görüşünüzə gəlmiş veteranlar İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin od-alovundan keçmiş insanlardır. Alman faşizmi üzərində onların əldə etdiyi Qələbəni siz gənclərin iştirakı ilə xalqımız erməni faşizmi üzərində qazanmalıdır. Qürur hissi ilə qeyd edirik ki, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində aparılan ardıcıl iş torpaqlarımızın işğaldan azad ediləcəyinə, üçrəngli bayrağımızın işğal altında olan bütün ərazilərimizdə qaldırılacağına bizlərdə qəti inam yaratmışdır. Aprel hadisələri qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha sübut etdi. Müharibə əlilləri, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, bütün veteranlarımıza göstərilən qayğı da məhz buna xidmət edir. Azərbaycanda veteranlara qayğı ardıcıl həyata keçirilən dövlət siyasətidir. Biz də bu diqqət və qayğıya əməli işimizlə cavab vermək üçün bütün imkanlarımızı səfərbər etmişik”.

C.Xəlilov daha sonra veteranlarla təhsil ocaqlarında, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən görüşlərin əhəmiyyətindən danışaraq demişdir: “Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsilin, elmin inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev xüsusilə müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə prioritet sahələr kimi təhsilin və elmin inkişafını daim nəzarətdə saxlamışdır. Bu gün də ölkənin gələcək tərəqisi, inkişafın uğurla davam etdirilməsi təhsildən, Siz gənclərin intellektual inkişaf səviyyəsindən asılıdır. Yalnız Sizlər yüksək təhsilə, qabaqcıl dünyagörüşə yiyələnməklə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə bir sırada yer tutmasına zəmin yarada bilərsiniz. Gənclər siyasətinin də məqsədi budur, intellektual səviyyəli, geniş dünyagörüşlü, xalqımızın mənəvi-əxlaqi dəyərlərinə sadiq, vətənpərvər insanlar yetişdirmək”.

İkinci Dünya müharibəsi veteranları Bəkir Məmmədov, Daməd Nəbiyev, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Əfqanıstan müharibəsi və təhlükəsizlik orqanları veteranı, ehtiyatda olan polkovnik Elşad Şabanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsi magistratura şöbəsinin 1-ci kurs tələbəsi Əmrah Vahabzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Texnologiya fakültəsinin 2-ci kurs tələbəsi Rəhimə Əzimzadə çıxış etmişlər.

 Tədbirin sonunda təhsildə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən müəllim və tələbələrdən bir neçəsinə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin qərarı ilə yubiley medalları və fəxri fərmanlar təqdim edilmişdir.


Kateqoriya : SOSİAL Baxış sayı : 972

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...