SİYASƏT
A- A A+

Səməd Seyidov: Azərbaycana qeyri-obyektiv yanaşan qüvvələrin cəhdlərinin qarşısını alırıq

2016-12-15 10:35:08

Parisdə Avropa Şurası Parlament Assambleyasının bir neçə komitəsinin iclasi keçirilir

Hüquqi işlər və insan haqları,  monitorinq komitələrinin iclasları keçirilib. Dekabrın 15-də isə siyasi işlər və demokratiya komitəsinin iclası olacaq. Bu iclaslar yanvar sessiyasına hazırlıq çərçivəsində AŞPA-nın builki son iclaslarıdır.

Bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov monitorinq komitəsinin iclasından sonra AZƏRTAC-a müsahibəsində bildirib.

Komitə sədri deyib: “Bu son iclaslarda yanvar sessiyasının gündəliyindəki məsələlər müzakirə olunur. Məsələn, bu gün AŞPA-nın monitorinq komitəsində iki mühüm məsələ bir məruzədə təqdim edilib. Məruzə daxilində həm monitorinq proseduru altında olan, həm də olmayan ölkələr müzakirə edildi və yanvar sessiyasına təqdim edilmək üçün razılaşdırıldı.

Biz uzun illərdir ki, Avropa Şurasına üzv olan bütün ölkələrlə bağlı monitorinq məruzəsinin hazırlanmasını təklif edirdik. Yəni, yalnız Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və sair kimi monitorinq prosesində olan ölkələrin deyil, həmçinin Almaniya, Avstriya, Fransa, Finlandiya kimi Avropa ölkələrinin də təhlilinin aparılmasını istəyirdik. Bu məruzə bizim məhz həmin təklifimizi əks etdirir. Məruzədə Avropada gedən proseslər, xüsusilə də miqrasiya, qaçqın problemləri, terror aktları, təhlükəsizliklə əlaqədar məsələlərə xüsusi yer verilib. Çünki Avropa bu gün çox çətin vəziyyətdədir.

Bugünkü müzakirəyə Azərbaycanla bağlı müsbət məqamlar daxil olunub. Əlbəttə, bəzi tənqidi məqamlar da var. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan ilə bağlı məruzəyə daxil edilmiş məsələlər sənədin əsas məğzini və prioritetini təşkil etmir. Bu gün Avropa Şurasına üzv dövlətlərdən heç biri Şuranın standartlarına cavab vermir. Bu mənada Avropanın köhnə demokratiyalarında mürəkkəb proseslərin gedişi bu ölkələrin də müzakirə obyektinə çevrilməsini qaçılmaz edir.

Biz Azərbaycana qeyri-obyektiv yanaşan qüvvələrin bu cür məruzələrdən öz siyasi məqsədləri üçün istifadə etmək cəhdlərinin qarşısını alırıq və bundan sonra da almaq əzmindəyik”.

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 798

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...