MÜSAHİBƏ
A- A A+

Səfir: “Ermənistan aprel hadisələrindən dərs almalıdır”

2016-12-14 08:45:35

İtaliyanın “Notizie Geoplotiche” geosiyasət və xarici siyasət üzrə gündəlik xəbər saytında jurnalist Culiano Bifolkinin Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsi dərc olunub

Azadinform səfirliyə istinadən xəbər verir ki, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin Azərbaycana səfərinin yekunlarına dair suala cavab olaraq Azərbaycan diplomatı Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun İtaliya xarici işlər naziri Paolo Centiloninin Azərbaycana səfəri vaxtı bir daha təsdiq olunduğunu, səfər vaxtı nazirin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu, habelə xarici işlər naziri Elmar Məmmədyarov və energetika naziri, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Natiq Əliyevlə görüşlərində istər ikitərəfli münasibətlərə, istərsə də regional və qlobal mövzulara dair geniş müzakirələr aparıldığını deyib. Nazir P.Centilonini Azərbaycana səfərdə çoxsaylı italyan şirkətlərinin müşayiət etdiyini, bu səfərin cari ilin iyununda Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclası və Biznes Forumunun nəticələri üzrə görülən işlərin müzakirəsi üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan və İtaliya arasında geniş iqtisadi əlaqələrin mövcudluğunu bildirən diplomat uzun illərdir ki, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olduğunu, Azərbaycanın isə İtaliyanın əsas neft təchizatçılarından olduğunu, ölkəmizdə enerji, infrastruktur, sənaye sahələrində çoxsaylı italyan şirkətlərinin önəmli layihələrə cəlb olunduğunu, son illərdə Azərbaycanda İtaliya istehsalı olan yüksək keyfiyyətli istehlak və sənaye mallarına tələbatın daha da artdığını demişdir. M. Əhmədzadə Cənubi Qaz Dəhlizi, o cümlədən TAP layihəsinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi və İtaliya iqtisadiyyatına töhfələri barədə də danışıb. İqtisadi əlaqələrin perspektivinə münasibətdə diplomat italyan biznesini enerji sektoru ilə yanaşı, ölkəmizin qeyri-neft sektorundakı imkanlardan bəhrələnməyə, habelə strateji mövqeyə, müasir logistika və nəqliyyat infrastrukturuna malik Azərbaycanı daha geniş bazarlara çıxış üçün körpü kimi dəyərləndirməyə çağırıb.

Jurnalistin Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarına dair sualına cavab olaraq diplomat münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər, erməni tərəfinin iddialarının beynəlxalq hüquqa zidd olması, münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi barədə danışıb. Münaqişənin nizamlanması üçün buna başlıca maneə olan işğal olunmuş ərazilərimizdən Ermənistan ordusunun çıxarılmasının vacibliyini bildirən diplomat əlavə edib ki, Ermənistan aprel ayında baş vermiş hadisələrdən dərs almalı, status-kvonun dəyişdirilməsinin vacibliyini qəbul etməli, habelə beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlarda imitasiya etməyi dayandırmalı, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməlidir.

Azərbaycanın uğurları, müstəqil siyasəti və beynəlxalq səviyyədə artan rolundan narahat olan anti-Azərbaycan qüvvələrinin və onların əlaltısı olan erməni lobbisinin ölkəmizə qarşı təxribatçı kampaniya apardığını bildirən diplomat həmin qüvvələrin İtaliyada Azərbaycana qarşı qərəzli propaqandasının onların İtaliya-Azərbaycan yüksək səviyyəli əlaqələrinə dözümsüzlüyündən də qaynaqlandığını deyib. Diplomat Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarını, Ermənistan ordusunun azərbaycanlı əhalisinə qarşı törətdiyi müharibə cinayətləri və digər ağır cinayətləri, eləcə də Azərbaycanın müstəqillik dövründə siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi uğurları, habelə ölkəmizin dünyada sülhün, sabitliyin, əməkdaşlığın, multikulturalizmin, rifahın təşviqinə verdiyi töhfələri görməzdən gəlməyin ikili standartlar olduğunu söyləyib.

http://www.notiziegeopolitiche.net/si-stringono-i-rapporti-tra-italia-e-azerbaijan-intervista-allambasciatore-ahmadzada/

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 764

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...