MƏDƏNİ
A- A A+

“Nizami və dünya ədəbiyyatı”

2016-12-13 09:45:17

Toplantı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli toplantının iştirakrçılarından ibarət nümayəndə heyəti Gəncə şəhərində keçirilən “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılıb.

Nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olublar. Muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Beynəlxalq elmi-praktik konfransdan öncə qonaqlar Ulu Öndər Heydər  Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.  

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlar burada Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş “Nizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şairin seçilmiş əsərlərindən əsas səhnələr, habelə Fitnə, Xosrov, Leyli, Məcnun kimi məşhur qəhrəmanları özündə əks etdirən rəsm əsərləri, xalçalar, heykəltəraşlıq nümunələri nümayiş etdirilib. Qonaqlar dahi şairin ingilis, fransız və alman dillərinə tərcümə edilmiş əsərləri ilə də tanış olublar. 

Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosof Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş  “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransda açılış nitqi söyləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq Nizami Gəncəvinin əsərlərinin böyük ictimai-siyasi və mənəvi məzmuna malik olduğunu söyləyib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin irsinin qorunması və təbliğində önəmli rol oynadığını diqqətə çatdırıb. 

Daha sonra NGBM-nin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədqiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah, AMEA-nın Gəncə Böməsinin Nizami Gəncəvi mərkəzinin direktoru, professor Xəlil Yusifli, Gəncə Dövlət Universitetinn “Elm və innovasiyalar” üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək, Nizaminin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıblar. 

Konfransın sonunda Vayra Vike-Frayberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin, İsmayıl Seragəldinə Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verilməsinin təqdimat mərasimi keçirilib. Mərasimdə hər iki Universitetin Elmi Şuralarının qərarları oxunub,  xanım Frayberqa və cənab Seragəldinə diplom və mantiya təqdim edilib.

Tədbirin sonunda qonaqlara Nizami Gəncəvi və Məhsəti Gəncəvinin rəsmləri əks olunmuş portret xalçaları hədiyyə olunub (qhtxeber.az)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1034

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...