MÜSAHİBƏ
A- A A+

Bahar Muradova: Heydər Əliyevin ideyaları güclü, zəngin, inkişaf edən Azərbaycanın əsasını qoydu

2016-12-12 09:30:22

Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır: "Bugünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə ulu öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir".

Vitse-spiker vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qurulması deməkdir.

B.Muradova deyib ki, Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin davam etdirdiyi iqtisadi model bu gün uğurla həyata keçirilir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır".

O qeyd edib ki, bir neçə il öncə başlayan qlobal maliyyə böhranı fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili sosial-iqtisadi siyasətin bəhrəsidir: "Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir".

 Milli Məclis sədrinin müavini vurğulayıb ki, qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. (trend)


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 476

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...