SOSİAL
A- A A+

Əlimərdan bəy Topçubaşı sənədlərinin 2-ci cildi də çıxdı

2016-12-09 19:55:18

Yeni nəşr

Çox fərəhli haldır ki, son illərdə Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələri haqqında dəyərli monoqrafiyalar yazılır, onların əsərləri tapılaraq üzə çıxarılır və nəşr edilir, fəaliyyətləri haqqında sənədli filmlər çəkilir. 
Əlbəttə, siyasi mühacirlərimiz içərisində Parisdəki Azərbaycan Sülh Heyətinin sədri Əlimərdan bəy Topçubaşının da adı çox şərəfli yer tutur.
O da xoşdur ki, Əlimərdan bəy irsinin öyrənilməsi və təbliğində Moskvada yaşayan həmyerlimiz, görkəmli dövlət xadimi Ramiz Abutalıbovun əvəzsiz xidmətləri vardır. Xüsusən, Ramiz bəyin gənc dostu, Parisdə çalışan professor Giorgi Mamulia ilə əməkdaşlığı təkcə Topçubaşının deyil, siyasi mühacirətimizin başqa görkəmli nümayəndələrinin də irsinin üzə çıxarılması və nəşrində önəmli rol oynayıb.

Artıq oxucularımıza bəlli olduğu kimi, G.Mamulia və R.Abutalıbov Əlimərdan bəyin Parisdə saxlanılan arxivindəki sənədlərin bir hissəsini “Ə.b.Topçubaşı. Paris arxivi. 1919-1940” adlı möhtəşəm 4-cildlik şəklində tərtib edərək nəşrinə başlayıblar və əsərin ilk cildi keçən il Moskvada “Xudojestvennaya literatura” nəşriyyarında yüksək poliqrafik icrada işıq üzü görüb.  

Bu yaxınlarda həmin nəşriyyat əsərin 1921-1923-cü illəri əhatə edən 2-ci cildi ilə Cümhuriyyət tariximizi öyrənmək istəyənləri sevindirib. Tərtibçilər bu cilddə Topçubaşı arxivindən götürülmüş 131 sənədin mətnini rusca tərcümədə oxuculara təqdim ediblər.

 Xatırladırıq ki, Topçubaşı arxivi 4-cildliyinin nəşri H.Əliyev Fondunun maddi dəstəyi ilə gerçəkləşir.(525.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 517

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...