SİYASƏT
A- A A+

“Beynəlxalq birlik münaqişənin həllində lazımi səy göstərmir”

2016-12-10 13:45:23

“Çox təəssüflər olsun ki, son zamanlar ermənilər özbaşına hərəkət edirlər. Onlar müxtəlif yerlərdə, dairələrdə özlərinə tərəfdar tapırlar. Təəssüflər ki, belə tərəfdarlar da tapılır”

Bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT XİN Şurasının Almaniyanın Hamburq şəhərində keçirilən iclası çərçivəsində 3+2(həmsədr dövlətlər ABŞ, Rusiya və Fransa XİN rəhbərlərinin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü) formatında görüşünün baş tutmaması barədə danışarkən deyib. 
PA rəhbərinin müavinin sözlərinə görə, hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müəyyən nümayəndələrinin də belə tərəfdarları tapılır: “Təbii ki, ermənilər bundan istifadə edərək müxtəlif qurumlarda, təşkilatlarda, müxtəlif ölkələrin dairələrində Azərbaycana qarşı açıq-aydın təxribat addımları atırlar. Məsələn, aprel hadisələri ilə bağlı toqquşma, provokasiya harada baş verdi?! Heç kimə sirr deyil ki, bu, Azərbaycan ərazisində baş verib. Bu ərazi bütün dünyanın ölkələri tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın tanınmış ərazisidir. Lakin 25 ildən artıq müddətdə ölkəmizin ərazilərinin işğal altında olmasına baxmayaraq, həmsədr dövlətlər və onların nümayəndələri özlərinin yaratdıqları bu beynəlxalq hüquqa, ortaya çıxardıqları qətnamələrə (BMT TŞ-nın qətnamələrinə) uyğun olaraq addımlar atıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi səy göstərmirlər. Beləcə ermənilər də bundan istifadə edib bu gün Azərbaycanın imicinə, dünyada qazandığı reytinqə zərər vura biləcək addımlar atırlar. Düşünürəm ki, biz bu gün daha mütəşəkkil, əzmli olmalıyıq və daha iradəli, sistemi işləməliyik. Təbii ki, bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi isə öz fəaliyyətini daha da canlandırmalı və cürətli, qətiyyətli etməlidir”.
Xarici əlaqələr şöbəsinin müdiri əlavə edib ki, ulu öndər Heyər Əliyevin qoyduğu bu yol, qurub yaratdığı bu dövlət ən etibarlı əllərdədir: “Təbii ki, onun qoyduğu bu yolda bütün addımlar atılır və bundan sonra da atılacaq. Həm bügünkü iqtidar, başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, həm də bütün Azərbaycan xalqı bu gün də ümummilli liderə öz sədaqətini, ehtiramını, məhəbbətini bildirib və onun qoyduğu yolu daha da möhkəmləndirəcək, uğurlu edəcək və gələcək nəsillərə ötürəcək”.
N.Məmmədov əlavə edib ki, sözün həqiqi mənasında Azərbaycan xalqı ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti əslində təkcə Azərbaycan üçün yox, elə dünyaya böyük bir elçi kimi göndərdi. Ulu öndər bütün bunların fövqündə Azərbaycan, ölkə xalqı üçün əlindən gələni etdi: “Dahi şəxsiyyət öz sevgisi, məhəbbəti, bağlılığı və çox zəngin siyasi və dövlət xadimi kimi Azərbaycan üçün hər şey etdi”. N. Məmmədovun sözlərinə görə, bu gün bizim yaşadığımız dövlətin, dövlətçilik təməllərinin hamısını ümummilli lider Heydər Əliyev qoyub: “Düşünürəm ki, bizlər də onun bir varisləri kimi Azərbaycanın hər bir oğlu, qızı bu yolda əlindən gələni etməlidir ki, bu dövlətçilik həmişə olsun. Heydər Əliyev elə bir böyük şəxsiyyətdir ki, düşünürəm ki, o zaman baxımından bizdən uzaqlaşdıqca ruhən, qəlbən bizə daha yaxın olur. Biz sanki dahi şəxsiyyətlə həmişə bir yerdə yaşayırıq. O isə həmişə bizi yaşadır”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 834

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...