TƏDQİQATLAR
A- A A+

"Yol xəritələri" reallaşsa..."

2016-12-09 08:45:27

Azərbaycan iqtisadiyyatında neft amilinin oynadığı rol son iki ildə bir qədər azalsa da, hələ ki, çox yüksək səviyyədədir

 Bu da iqtisadiyyatımızı və əhalimizin rifahını neft bazarındakı qiymətlərdən və neftimizin hasilatından asılı edir. Bu asılılığa son qoymaq iqtisadiyyatımızın şaxələndirilməsindən, yəni dəyər yaradan digər sahələrin inkişafından və idarəetmənin yeni çağırışlara uyğunlaşdırılmasından keçir. Məhz bu səbəblərdən ölkə rəhbərliyi 11 mühüm sahə seçərək bu ilin mart ayında həmin sahələr üzrə strateji yol xəritələrinin çox qısa bir müddətdə, yəni altı ayda hazırlanması tapşırığını verib. Bu tapşırıq artıq yerinə yetirilib və ölkə başçısının fərmanı ilə hazırlanmış proqram-sənədlər iki gün öncə təsdiq edilib və onların icrasına dair müvafiq göstərişlər verilib.
 Bunu APA-ya açıqlamasında Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji "Yol xəritələri"nin hazırlanmasına münasibət bildirərkən deyib.
S. Bağırov bildirib ki, "Yol xəritələri"nin son variantı ilə hələlik tanış ola bilməyib: "Lakin 3 həftə öncəki variantları nəzərdən keçirmək imkanım olub və qeyd edə bilərəm ki, bu sənədlərdə bir çox mühüm institusional islahatlar nəzərdə tutulur. Noyabrın 14-dən başlayaraq 54 xarici və yerli ekspertlərdən ibarət böyük bir qrup, bu sənədləri nəzərdən keçirib və rəyini bildiriblər. Bu qrupa beynəlxalq maliyyə qurumlarının, bir sıra xarici hökumət agentliklərinin, bir neçə yerli biznes-assosiasiyaların, beyin mərkəzlərinin nümayəndələri və bir sıra iqtisadçı alimlər daxil idi. Bu qrup üzvləri bəzi tövsiyələr verməklə ümumilikdə "Yol xəritələri"ndəki nəzərdə tutulan islahatları ölkə iqtisadiyyatının inkişafı üçün mühüm hesab ediblər. Doğrudan da, böyük iş görülüb və bir daha qeyd edim ki, çox qısa müddətdə. Çox arzulardım ki, bu gərgin fəaliyyət "Yol xəritələrində nəzərdə tutulan islahatların həyata keçirilməsində də davam etsin. "Yol xəritələri" yəgin ki, həyata keçirilərək daha da genişlənəcək və dərinləşəcək. Bu təbiidir, çünki ölkə iqtisadiyyatı qlobal dünya iqtisadiyyatına inteqrasiya edilməkdə davam edəcək və yeni çağırışlarla üzləşəcək". 
"Yol xəritələri"ndə qarşıya qoyulan əsas məqsəd və hədəflər haqqında sənədlər rəsmi dərc ediləndən sonra danışmağın daha doğru olacağını qeyd edən S. Bağırov bildirib ki, sənədlərin toplam həcmi 1000 səhifəyə yaxındır.
"Yol xəritələri" reallaşacağı təqdirdə, yaxın 5, 10 ildə Azərbaycan iqtisadiyyatının mənzərəsinin necə olacağına dair suala cavabında iqtisadçı-ekspert qeyd edib ki, bu sənədlərdə nəzərdə tutulan islahatların həyata keçirilməsi və digər istiqamətlərdə vacib institusional dəyişikliklərin, məsələn regional idarəetmədə islahatların, məhkəmələrin müstəqilliyinin, ümumiyyətlə idarəetmədə şəffaflığın, hesabatlılığın və qanunun aliliyinin təmin edilməsi səviyyəsinin artırılacağı təqdirdə, vətəndaşlar 10 ildən sonra dayanıqlı inkişaf edən və əhalinin rifahı yüksək səviyyədə təmin olunan Azərbaycanda yaşayacaqlar. 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 818

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...