QHT və MEDİA
A- A A+

Metsamor AES-lə bağlı təhlillər başa çatdırılıb

2016-12-08 10:50:02

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin həyata keçirdiyi “Ermənistandakı Metsamor AES-nin yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında hesabat”  adlı layihə başa çatdırılıb.

İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyindən verilən yekun hesabata görə üç Qafqaz ölkəsində (Azərbaycan, Ermənistan, Gürcüstan) tədqiqatlar aparılaraq Ermənistandakı Metsamor AES və onun törədə biləcəyi fəsadlar barədə önəmli məlumatlar toplamağa nail olunub. Ermənistanda əldə edilən rəy sorğuları göstərib ki, diktaturanın hökm sürdüyü bu ölkədə azad fikir söyləməyə qadir olan insanlarda var. Məhz biz virtual araşdırmalarımızla elə insanların hesabına öyrənə bildik ki, Ermənistanda Metsamor AES-nın fəsadları artıq neçə illərdən bəri özünü büruzə verməyə başlayıb. 

Belə ki, Ermənistanın “Armeniya Now.com” saytının 28.04.06 sayında “Narahatlıqlar: Metsamor atom elektrik stansiyası işçiləri təhlükə qarşısındadırlar”   məqaləsində stansiyada çalışan fəhlələrin və ərazidə yaşayan digər vətəndaşların necə radiasiyaya məruz qaldıqlarını, sadə vətəndaşların radiasiya nəticəsində necə ömürlük əmək qabiliyyətlərini itirmələrindən əlil olmalarından  yazırlar: 

“Metsamor AES-də fəhlə kimi çalışan Sergey Qriqoryan deyir ki “pilləkənləri qalxa bilmirəm, çıxanda tənginəfəs oluram. Hava soyuq olsada bədənimdə tələbat olmadan soyuq su içirəm”.

Maqda Qriqoryan adlı bir qadın deyir: “Mənim ərim stansiyada işləyirdi indi nəfəs ala bilmir, boğulur, daim boğazının göynəməsindən şikayət edir”.

1986-cı ildən Metsamor AES-də fəhlə işləyən Maqda Qriqoryan, A.Qasparyan, Surik Şirvanyan radioktiv metal tozundan zəhərləndikləri bildirilir. Onlar uranı sərinlədən su trubalarını çilalayırmışlar, bu fəaliyyət nəticəsində onların ciyərlərinə ağır metal daxil olub. Hadisədən 6 il sonra onlar Moskvada 6 saylı ixtisaslaşmış klinikaya müainəyə göndərilirlər, onların xəstəlikləri “Kobalt- 60, radioaktiv elementlərin təsiri” dioqnozu müəyyənləşdirilib. Bu xəstəlikdən Surik Şirvanyan 34 yaşında dünyasını dəyişib.  M.Qriqoryan və A.Qasparyan 1992-ci ildən əlildirlər. Metsamor AES-in törətdiyi fəsadlar barədə Yüzlərlə buna bənzər misallar çəkmək olar.     

Həkim toksikoloq Lev Petroşeviç Arteşev şüalanmanın insan orqanizminə təsiri  haqqında belə deyir: yüksək şüalanmaya məruz qalan insan bədəni böyük həcmdə enerji qəbuluna məruz qalır ki bu da bədəndə biokimyəvi proseslərin pozulmasına səbəb olur. İnsanda baş ağrıları, öskürək, boğaz ağrıları və toxumalarda dəyişikliklər başlayır. Şüalanma xəstəliyi kompleks kimyəvi proseslərlə davam edir. 

Stansiya rəhbərliyi Metsamor AES-in 7 kilometrlik ərazisində yetişən çiyələk və tut meyvəsinin vətəndaşlar tərəfindən istifadə olunmasına qadağa qoyub. Guman edilir ki adları çəkilən bostan bitkiləri şüalanmaya daha həssas olduqlarından onların istifadəsi insan bədənində şüalanmanın miqdarını artırar bu isə insan həyatı üçün təhlükə yarada bilər.  

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır. Beynəlxalq təşkilatlar  "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir. Dünyanın təhlükəli atom stansiyaları bunlardır:  

•          Metsamor AES. Ermənistan.

•          Leninqrad AES. Rusiya, Sankt-Peterburq 

•          Chernovode AES. Rumıniya

•          Jranavere AES. İngiltərə

•          Michigan Enrico Fermi AES.  ABŞ  

 Təbii ki, o qədər də etibarlı işləməyən Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir.   Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Metsamor Atom Stansiyası İrəvan şəhərindən 28 km, Türkiyə və İrandan 16 – 60 km, Gürcüstan və Azərbaycandan 120 – 150 km məsafədə yerləşir.  

15 oktyabr 1982-ci ildə gecə saat 21.55-də Metsamor AES-də yanğın baş verdiyi barədə həyəcan siqnalı verildi. Elektirik xəttində başlayan yanğını  xoşbəxtlikdən gün ərzində söndürmək mümkün oldu. O illərdə SSRİ Nazirlər Sovetinin sədri işləyən Fadey Sarkisyan isə hadisəni belə xatırlayır: “Metsamor AES çox təhlükəli idi. Mən bunu 1982-ci ildə stansiyanın kabeli yananda gördüm. O zaman biz fəlakətə çox yaxın idik. Bizi fəlakətdən möcüzə xilas etdi.”

Lakin Ermənistanda Metsamor AES haqqında fikirlər heç də birmənalı deyildir. Hökumət  Metsamor AES-i təhlükəsiz hesab edir və bu stansiyanı Ermənistanın enerji qalxanı hesab edir. Stansiyanın baş mütəxəsisi Aşot Manaskanyan hesab edir ki bu stansiyanı hələ 50 il istismar etmək olar. Bu zaman belə bir haqlı sual yaranır: Ermənistanın Metsamor Atom Elektrik Stansiyası, erməni xalqının ölüm kabusudur yoxsa, enerji qalxanı?   

Hal – hazırda Ermənistanın ekoloqları həyəcan təbili çalmağa başladılar.   

Beləki, Ermənistanda fəaliyyət göstərən “Elmi Ekolur” adlı cəmiyyətin prezidenti İnqa Zarafyan erməni xalqı adından, Hökumət rəhbərliyinə müraciət edərək bildirdi ki, “dünyada zəlzələlərin yarada biləcəyi atom faciələrindən heç bir ölkə sığortalanmayıb. 2011-ci ildə Yaponiyanın “Fukusimo – 1” Atom Elektirik stansiyasında zəlzələdən sonra baş verən qəzanın yaratdığı radiasiyanın qarşısını almaq mümkün olmadı. 1986-cı ildə Ukraniyanın Çernobıl AES-da zəlzələdən sonra baş verən qəza yüzlərlə insanın ölümünə səbəb oldu. 1988-ci ildə Ermənistanda Metsamor AES-in 120 kilometrliyində baş verən zəlzələdə 25 min insan həlak oldu, stansiya ciddi zərər çəkdi, bu zərər nəticəsində birinci blokun fəaliyyəti dayandırıldı. İnsanlar radiasiyaya məruz qaldılar. Möcüzə nəticəsində stansiya dağılmadı. Başı üzərində dayanan Metsamor kabusu hər gün erməni xalqını izləyir”.

Faktiki olaraq Metsamor AES Ermənistanın mövcud enerji təhçizatının 15-20%-ni təmin edə bilir. Beləki bu stansiyasının bağlanması Ermənistanın enerji təhçizatına ciddi ziyan vura bilməz. Əksinə erməni xalqını baş verə biləcək atom fəlakətindən xilas edər. 

Sovet İttifaqı dağıldıqdan dərhal sonra yəni 1990-cı illərdən başlayaraq Ermənistanın qonşu dövlətlərə qarşı yürütdüyü ərazi iddiaları, onun Azərbaycan və Türkiyə tərəfindən sərhədlərinin bağlanmasına və Cənubi Qafqazın enerji ehtiyatlarından istifadə etməkdən məhrum edilməsinə səbəb oldu.  

Ermənistan Hökumətinin mövcud məkrli siyasəti, ölkəni iqtisadi böhrana sürükləndi, bu siyasət nəticəsində ölkə əhalisinin 50%-i öz yerlərini tərk edərək xarici ölkələrə üz tutdular. Bunun da nəticəsində 1990-cı illərlə müqayisədə 2016-cı ildə Ermənistanın enerjiyə olan tələbatı nəinki artmadı əksinə 50% azaldı.

 Lakin, stansiyanın mıvcudluğunu qorumağa çalışan Ermənistan Hökuməti, stansiyanın moderinləşdirilməsi barədə heç düşünmürdə. Bu barədə danışan  “Elmi Ekolur” adlı cəmiyyətin prezidenti İnqa Zarafyan Hökumətdən stansiyanın moderinləşdirilməsi barədə rəsmi məlumat ala bilmədiklərini deyir. O daha sonra qeyd edir: “Bizə deyirlərki stansiya yeniləşdirilir, lakin biz bilmirik hansı texnologiyadan istifadə edirlər. Hökumət üzvləri sözlə dediklərini sənədlə təsdiq edə bilmirlər. Stansiyadakı mövcud həqiqətləri bizim bilməmiz çox vacibdir. Amma bu barədə biz heç nə bilmirik”.

İnqa Zarafyanın narahatlığının əbəs olmadığını Təbii Sərvətlər və Atom Enerjisi Elmi Tədqiqat İnstitunun baş direktoru Vahram Petrosyan da ilə təsdiq edir. O deyir: - Biz istəmirik Ermənistanı məhv edək, amma ölkəmizin digər dövlətlərlə  dəmiryol əlaqələrinin olmaması bizi stansiyanın nüvə materiallarının reaktiv tullantılarını torpaqda basdırmağa məcbur edirki bu da hansısa bir zəlzələ nəticəsində ərazidə radiasiyaların sürətlə yayılmasına və yeraltı suların çirklənməsinə səbəb olacaqdır ki, bunun da fəsadlarını uzun illər aradan qaldırmaq mümkün olmayacaqdır. 

Başqa bir ekspert qeyd edir: - Əgər hansısa zəlzələdən fəlakət baş verərsə bunun cavabdehliyini Ermənistanda heç kim daşımayacaq, heç kim məsuliyyətə cəlb edilməyəcəkdir. Lakin bizim susmaqdan başqa çarəmiz də yoxdur.

Qonşu Gürcüstanda Ermənistandakı Metsamor AES haqqında münasibətlərini öyrəndiyimiz ziyalılar birmənalı şəkildə  Ermənistandakı Metsamor AES-in fəaliyyətinə son qoyulmasını istədilər:

Gürcüstanın “Yaşıllar” partiyasının lideri Georgi Qançeladze bəyan edir ki, Türkiyə və Ermənistan aktiv seysmik zonada yaerləşir. Bu zonada baş verən hansısa güclü zəlzələ Metsamor AES – nın ərazisində böyük fəlakətlərə səbəb ola bilər. O sözlərinə davam edərək deyir: 

“1976-cı ildə Türkiyədə baş verən zəlzələdə 4000 nəfər, 80-ci illərin sonlarında Ermənistanın Spitak şəhərində baş verən zəlzələdə isə 20 000 nəfər dünyasını dəyişdi. 1999-cu ildə Türkiyədə zəlzələ yenidən təkrar oldu. Bu zonada zəlzələlər hər 10 ildə bir dəfə təkrar olunur, gözləməkolar ki növbəti zəlzələ AES-in yaxınlığında baş versin. Stansiya Sovet texnologiyası ilə tikilib və heç vaxt təmir edilməmişdir. Əgər stansiyanın ərazisində zəlzələ baş verərsə onda fəlakət Gürcüstanı, Türkiyəni, Azərbaycanı və İranı əhatə edəcək. Radiasiya cəmi 8 saata Tibilisi şəhərinə çatıb burada 2 milyonluq əhalinin həyatını iflic edəcəkdir.” 

Gürcüstan Dövlət Milli Arxivin baş direktoru Teona Uaşvili, Cavaxişvili adina Dövlet Universitetinin professoru, Qafqazşunaslıq institutunun  direktoru Linqvist -politoloq Tsira Baramidze,  Gürcüstan  Memarlar Assosiasiyasının təsisçisi (CEO). style jurnalının redaktoru, Memarlıq Klubunun direktoru Nino Lagidze, Sxumi Dövlət Universitetinin müəllimi, Beynəlxalq Qafqaz Araşdırmalar Mərkəzinin Prezidenti Tarix elmləri doktoru professor Quram Rajdenoviç Marxuliya, Beynəlxalq Qafqaz Universitetinin müəllimi Tarix elmləri doktoru professor, Ketevan Şoşiaşvili, Lakob Mansvetaşvili adına fondun baş direktoru David Tsertsvadze, Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev, Pirosman Beynəlxalq Yaradıcılıq Birliyinin Vitse-Prezidenti Alı İsayevlə görüşlərimiz bu ölkədə gələcəkdə regionda baş verəbiləcək atom fəlakətinə qarşı bir etiraz nümayişi təsiri bağışladı.

 Əgər gələcəkdə bu istiqamətdə tədqiqat işləri genişləndirilərsə  region ölkələrinin ictimai fəallığı daha da artacaq problemin həlli Beynəlxalq Təşkilatların diqqətini mütləq cəlb edəcəkdir. 

Layihənin məqsədi, Ermənistandakı Metsamor AES – nın yarada biləcəyi fəsadların aradan qaldırılması üçün, region ölkələrində ictimai fəallığı artırmasına kömək etmək, problemin həllinə Beynəlxalq Təşkilatların diqqətini cəlb etmək üçün “Ermənistandakı Metsamor AES-nin yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında hesabatın hazırlanması” olmuşdur. Güman edirəm hazırladığımız bu hesabatla qarşıya qoyduğumuz məqsədə nail olduq


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 349

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...