TƏDQİQATLAR
A- A A+

“Şuşaya Azadlıq”: - Şuşanın mədəni irsinin erməniləşdirilməsi Beynəlxalq qanunlara ziddir!

2015-05-07 09:20:57

Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı

  Təqribən 20 ilə yaxındır ki, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan  azərbaycanlılar dədə-baba torpaqlarından  Ermənistan Hökuməti tərəfindən məqsədli şəkildə fiziki istismara, milli irqi ayrıseçkiliyə  məruz qalaraq, qovulublar. Bunun da nəticəsində bu insanlar öz əmlaklarından və milli mədəni dəyərlərindən zorla məhrum edilmiş, iqtisadi, sosial, mədəni və əmək hüquqları pozulmuş eləcədə fiiziki və psixi sağlamlıqlarına ciddi zərər dəymişdir.

 1992-ci ildən Ermənistanın işğalı altında olan Şuşa şəhər ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirlər. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa dövlət mədəniyyət qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.

Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu – Azərbaycanın xristianlığaqədərki və xristianlıq dövrü və xüsusi ilə XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı Qarabağın xanlıq mərkəzlərinin formalaşmasıdır. Qoruq 1988-ci ildə Azərbaycan Hökumətinin qərarı ilə elan edilmişdir.

 Şuşatarixibir şəhərdir, onunərazisində mədəniirsimizə aidtarixibinalar, abidə ansambılları, Azərbaycanda çoxnadirquruluşamalik  evlər, tarixihadisələrlə bağlı yerlər, arxeoloji-mədəniqatlaramaliktorpaqsahələri, tarixiestetikgözəlliyi özündə əksetdirənmənzərələr, xüsusimədənidəyərlərə maliktarixi, memarlıq, arxeolojiabidələr şəhəringözəlliyinə və görkəminə dahabirmənzərə qatır. Burada tsriximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var. 

 Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, Şuşa şəhərini Azərbaycan mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. 

 Şuşada bütün binaları tarixi əhəmiyyət daşıyan 23 qədim məhəllə məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə adlanan məhəllələrin hər birində hamam, məcid, bulaq vardı. İlkin hesablamalara görə Ermənistanın işğalı nəticəsində Şuşa şəhərində olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi: 11 279 640 000$- təşkil edir. Hesablamalarımız davam etdiyindən gələcəkdə bu rəqəmlərin artacağı istisna deyildir.

Şuşa dövlət tarix və mədəniyyət qoruğunda ermənilər tərəfindən dağıntılara və erməniləşdirilməyə məruz qalmış şəhərin tarixi planlaşdırılmış strukturu və eləcədə şəhər strukturuna daxil olan daşınmaz tarix və mədəniyyət abidələrin növləri:

Fərdi binalar, qurğular və istehkamlar, dini ibadət yerləri, saraylar, yaşayış evləri, ictimai binalar, inzibati binalar, ticarət obyektləri, sənaye və nəqliyyat müəsisələri, elm - təhsil ocaqları onların əhatə etdikləri ərazilər, o cümlədən monumental rəssamlıq nümunələri , heykəltəraşlıq əsərləri, dekorativ - tətbiqi sənət nümunələri bağlar və parklar;

Şəhər ansambılları:

Daşınmaz tarix və mədəniyyət abidələri və onlara məxsus digər incəsənət nümunələri, tarixi dəyərlərə malik küçə və meydanlar, məhəllələr, memarlıq kompleksləri və ansamblları, onların əraziləri və təbii landşaftları, eləcə də monumental incəsənətlə bağlı sənətkarlıq nümunələri, bağ - park incəsənəti və landşaft memarlığı;

 Tarixi abidələr:

Məşhur tarixi şəxsiyyətlərin  eləcədə, elm, ədəbiyyat və incəsənət xadimlərinin  həyatı ilə bağlı binalar, evlər, komplekslər və ansambllar;

Ölkənin və şəhərin həyatında mühüm tarixi hadisələrlə bağlı binalar, abidə kompleksləri və   ansamblları;

Şuşa şəhərinin sakinlərinin elmi, texniki, mədəniyyətləri və məişətləri ilə bağlı binalar, quramalar, xatirə yerləri, komplekslər və ansambıllar.

Tarixi nekropollar:

Qəbir daşları, qədim qəbirlər, dövlət xadimlərinin, xalq qəhrəmanlarının, elm mədəniyyət və incəsənət  xadimlərinin, ölkənin müstəqilliyi uğurunda şəhid olanların qəbirüstü abidələri, qəbir kompleksləri və arxeoloji abidələr.

 Mənzillər:

Qədim yaşayış yerləri, o cümlədən şəhərin və şəhərətrafı kəndlərin və qasəbələrin yaşayış evləri və mənzilləri.

Qədim istehkamlar:

bulvarlar, xəndəklər ,  müdafiə tikintiləri və onların qalıqları.

 Dini təmayüllü tikintilər:

Qədim məbədlər,  məscidlər, dini komplekslər, ibadət yerləri və onların qalıqları;

Qədim dəfn yerləri:

 Qədim məzarlıqlar, kurqanlar, fərdi qəbirlər.

 Təsərrüfat xarakterli binalar və digər tikintilər:

Kənd təsərrüfatı və ticarət müəsisələri, dağ-mədən və emal sənayesi qurğuları, suvarma sistemləri, kanallar (arxlar), şəhərin su sistemləri, hidravlik qurğular, nəqliyyat marşurutları obyektləri (yollar, körpülər, avtomobil parkları, dayanacaqlar), emal və istehsal müəsisələri, heyvandarlıq təsərrüfatı müəsisələri və s. 

  İncəsənət abidələri:

Monumental şəhər abidələri, görkəmli adamların xatirə abidələri, monumental heykəltaraşlıq işləri və boyakarlıq nümunələri, dekorativ incəsənət nümunələri, mozaikalar, vitrajlar, tətbiqi sənət nümunələri, rəsm əsərləri.    

  Şuşa dövlət tarix və mədəniyyət qoruğundakı daşınmaz  tarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri, Azərbaycan xalqının dövlət  mülkiyyətində olan əmlakıdır. Qanunla daşınmaz tarix və mədəniyyət  abidələrinin ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi erməniləşdirilməsi yolverilməzdir. Lakin....

 Şuşanın mədəni irsi Ermənistanın Dövlət vəsaiti hesabına erməniləşdirilir.

    1992-ci ildən Dağlıq Qarabağın bütün ərazilərində və xüsusi ilə Şuşa şəhərində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılmışdır. Şuşa şəhərində tarixi hadisələrlə bağlı yerlər, milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansambılları, şəhərin qədim qalıqları, tarixi memarlıq kompleksləri və ansambılları eləcədə tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır məhv edilir, toponimlər dəyişdirilir, tarixi abidələr  erməniləşdirilir.

Ermənistan Respublikası tərəfindən, Azərbaycan Dövlətinin mülkiyyətinə daxil olan Şuşa şəhərindəki abidələnin və tarixi yerlərin erməni mədəniyyətinə uyğunlaşdırılması məqsədi ilə bərpa edilməsi məsələsi 1995-ci ildən Ermənistan Hökumətinin daimi gündəliyindədir. Bu məsələ Ermənistan Hökumətinin 2000-ci ildə İrəvanda qəbul etdikləri Şuşa Mədəniyyətinə Varislik Konsepsiyasının tərkib hissəsidir.

  Ermənistan Hökuməti və «Daşnaksütun» terror təşkilatı Şuşa şəhərini ermənilərin birinci Qarabağ müharibəsindəki “qələbə”lərinin ən böyük simvolu kimi təbliğ edirlər. Onlar müxtəlif şəhərlərdə Şuşanın xatirəsinə abidələr ucaldır, kitablar, albamlar nəşr etdirərək hər il Şuşanın təbliğinə 100 min dollardan çox pul xərcləyirlər. Məhz bu səbəbə görə də xaricdəki erməni lobbilərinin və Ermənistan Hökumətinin maliyəsi hesabına Şuşa şəhərinin yenidən qurulması və bərpası dünya erməniləri üçün həlli vacib olan ümummilli bir məsələyə çevrilmişdir. Bu öz növbəsində 1953-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına və digər Beynəlxalq Hüquqi Aktlara ziddir.

 Ermənistan Hökuməti, Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün üçün 2000-ci ildə İrəvan şəhərində «Shousi» Mədəniyyət Fondu və «Shousi» nəşriyyat evi yaradılar. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, «arxiv sənədlərinin» tədqiqi və təbliği nəzərdə tutulur.

 Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. 

    1-ci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası eyni zamanda bu abidələrin bərpasından sonra bu abidələrin içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməli, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə «Jraberd divarı» adlı lövhələr yapışdırılmalıdır. 

    2-ci mərhələdə, O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir eimək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və «Artsaxkertin» patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsini təmin edilməsi nəzərdə tutulur.   

    3-cü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa Realnı Gimnaziyası təmir edərək onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.

    4-cü mərhələdə İsa bulağında (ermənilər Hanot adlandırırlar) və Cıdırdüzündə istirahət evləri və əyləncə yerləri inşa edilməsi nəzərdə tutulur. 

    5-ci mərhələdə Gəncəsər məbədi və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir.

         Bütün bunlardan başqa Ermənistan Hökuməti yaratdığı fondların vasitəsi ilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı  Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük verəcəkdir.

Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan Hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil etmişdir;

Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi.

Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi.

Memarlıq abidələrinin layihələşdirilməsi.

Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması.

Şuşanın Arxiv fondunu yaradılması.

Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi.

Litoqraf varisliyinin tədqiqi.

Qalada və onun ətrafında mağara tədqiqatının aparılması.

Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması.

Fars (İran) abidələrinin tədqiqi və nəşri. (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).Ermənistan Hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanmışdır. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdir. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin etmişlər.

  Ermənistanın Marif və Elm Nazirliyində daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilmiş, Hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistan Hökuməti Dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılmasını nəzərdə tutulmuşdur. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı ermənistan vətəndaşına həvalə edilmişdir.

 Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və  Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr  1974-cü ildə qəbul  etdiyi  “Təcavüzün tərifi” adlı 3314 (XXIX)  saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı  beynəlxalq məsuliyyət doğurur.

 Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərinin  Tarix və Mədəniyyət Abidələrini
     Müdafiə Təşkilatı ictimai birliyinin  sədri.

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1408

QHT və MEDİA

2017-12-11 11:05:30

QHT və MEDİA
Xarici ölkə diplomatları və KİV nümayənd...
Xarici ölkə diplomatları və KİV nümayənd...

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların v...

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

CƏMİYYƏT

2017-12-11 12:25:57

CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu...
DİN-in Polis Akademiyasının tarixi və bu...

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi...

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...