MÜSAHİBƏ
A- A A+

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

2016-12-06 08:15:20

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib.

Neboyşa Stefanoviç Serbiyanın bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Baş nazirin müavini ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açaraq Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.

Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.

Nazir Elmar Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycandakı, Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunaraq əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, bu səfərin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahələrində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 673

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...