MƏDƏNİ
A- A A+

“İşğaldakı sərvətimiz”

2016-12-05 08:55:12

Bakıda bu mövzuda sərgi açılıb

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İşğaldakı sərvətimiz” mövzusunda rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 30 gənc rəssamın 34-dək əl işi və tətbiqi sənət nümunəsi olan xalçalarımız nümayiş etdirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Zöhrab Cəfərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, belə sərgilərin keçirilməsinin gənclərin mənəvi tərbiyəsində xüsusi əhəmiyyəti var. Sərginin tükənməz Vətən, torpaq, Qarabağ sevgisi aşıladığını deyən Z.Cəfərov bu işdə əməyi olanlara minnətdarlığını bildirib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Diqqətə çatdırılıb ki, sərgiyə təqdim olunan əsərlərin əksəriyyətində Qarabağda düşmən tapdağında olan abidələrimiz, təbii sərvətlərimiz yer alır. Həmçinin sərgidə gənc rəssamların qələbə mövzulu rəsmlərini də görmək mümkündür. Vurğulanıb ki, layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində sənətşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Fidan Böyükbabalıdır. Natiqlər sərgidə əsərləri nümayiş olunan fırça ustalarının təqdim etdikləri portretlərin mövzu və məzmun baxımından mükəmməlliyindən söz açıblar.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 961

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...