TƏDQİQATLAR
A- A A+

"Yersiz dedi-qodular nə mətbuatımıza, nə də müharibə veteranlarımıza yaraşmır"

2016-12-04 20:20:21

Qeydlər

Son günlər bəzi mətbu orqanlarında, xüsusən də daha çox o qədər də geniş oxucu kütləsinə malik və tanış olmayan onlayn saytlarda müharibə veteranları arasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə bağlı bəzi xoşagəlməz yazılara rast gəlinir. Bizim bir vaxtlar çiyin-çiyinə Qarabağ savaşında erməni qəsbkarlarına və onların havadarlarına qarşı bərabər olduğumuz yoldaşlarımızdan bir qrupu heç bir ciddi əsas olmadan adı yuxarıda qeyd olunan təşkilatla bağlı müxtəlif fikirlər səsləndirilər. 

Qeyd etmək istərdim ki, mən də bir vaxtlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə bağlı müəyyən tənqidi və təhlili fikirlər səsləndirən şəxslərdən biri olmuşam. Ən böyük istəyim də, geniş ictimaiyyətin səsləndirdiyi bir önəmli təklifi ictimailəşdirərək müvafiq dövlət və hökumət qurumlarına çatdırmaqdan ibarət olub. Geniş ictimaiyyətin yeganə arzu və istəyi isə ondan ibarət olub ki, təşkilatın rəhbəri, sabiq müdafiə naziri general-mayor Dadaş Rzayevin daha cavan, daha çevik, eyni zamanda ölkə miqyasında tanınan bir şəxslə əvəzlənməsi məsələsi idi. Sonradan isə təşkilatda sədrin kifayət qədər tanınmış bir təcrübəli zabit – polkovnik rütbəli, keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında uzun illər müxtəlif hərbi hissə və birləşmələrində xidmət keçmiş bir əsl vətənpərvər, savadlı, hərtərəfli hazırlıqlı və bacarıqlı zabitlərdən biri – Cəlil Xəlilovun olmasını gördükdən sonra mən təşkilatın hərbi vətənpərvərlik işinin aparılmasında bütün güc strukturlarına hərtərəfli dəstək olacağına bir daha əmin oldum. 

Həqiqətən də, son vaxtlar, baxmayaraq ki, təşkilatın sədri general Dadaş Rzayev səhhətində yaranmış bəzi narahatçılıqlarla əlaqədar vəzifə borclarına tam şəkildə əməl edə bilməsə də, məhz sədrin müavininin və təşkilatın üzvlərinin birgə səyi nəticəsində hərbi-vətənpərvərlik mövzusunda çoxsaylı tədbir keçirilir. Prezident Administrasiyasının, Müdafiə Sənayesi və Müdafiə Nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarının, Milli Qəhrəmanlar, Müharibə, Əmək, Silahlı Qüvvələr veteranları və gənclərin də böyük həvəslə iştirak etdikləri tədbirlərin siyahısı daha da genişlənir. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində hərbi-siyasi və hərbi-texniki sahədə uğurların təbliği istiqamətində geniş izahat və təbliğat işləri həyata keçirilir. Bütün bunların fonunda bəzi lazımsız şayiələrin və əsassız ittihamların yer alması, sözsüz ki, o qədər də xoş təsir bağışlamır. Təşkilatın üzvləri mütəmadi olaraq cəbhə xəttində ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında ayıq-sayıq duran əsgər və zabitlərimizi ziyarət edir, onlara əlindən gələn maddi və mənəvi dəstəyi göstərirlər. Özü də, son vaxtlar az qala parəkəndə fəaliyyət göstərən veteran təşkilatlarımız sanki bir “çətir” altında aktiv fəaliyyət göstərirlər. Respublika Veteranları Təşkilatının, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, “20 Yanvar” İctimai Birliyinin, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin və “Sosial Rifah və Tədqiqatları” İctimai Birliyinin və adını sadalamadığım onlarla təşkilatlar birgə fəaliyyət göstərərək gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması işində, həmçinin Böyük Vətən Müharibəsi, şanlı Qarabağ savaşının iştrakçılarının, veteranlarının, Əmək və Silahlı Qüvvələr Veteranlarının keçdikləri döyüş yolu aktiv təbliğ olunur. 

Bu qeydləri yazmaqda məqsədim onu bir daha vurğulamaqdan ibarətdir ki, özüm yuxarıda adları qeyd edilən hərbyönümlü təşkilatlardan heç birinin üzvü olmasam da, onların fəaliyyətini gündəlik yaxından izləyir və dəstəkləyirəm. Müstəqil şəxs kimi Azərbaycanın ən böyük Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hazırkı fəaliyyətini dəstəkləyirəm. Gəlin əl-ələ verib ölkəmiz və xalqımız naminə lazımlı işlər görək. Yersiz dedi-qodular, şayiələr nə dəyərli mətbuatımıza, nə də çox əziz saydığım müharibə veteranlarımıza yaraşmır.

Tanrı Azərbaycanımızı qorusun!!

Üzeyir Cəfərov,  hərbi ekspert

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 648

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...