MƏDƏNİ
A- A A+

“Dünya azərbaycanlılarının palitrası”

2016-12-03 10:50:59

Rusiyanın Krasnoyarsk şəhərində Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib

Birlikdən verilən məlumata görə, təqdimat Azərbaycan diasporunun nümayəndələri Ələkbər və Səadət Qarayevalar, o cümlədən, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk üzrə nümayəndəliyinin rəhbəri Kamran Rüstəmzadə tərəfindən təşkil edilib.
Təqdimatda Azərbaycan diasporunun üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk üzrə sədr müavinləri, “Odlar yurdu” rəqs ansamblının nümayəndələri, Sibir Federal Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavini Ələkbər Qarayev açaraq müəlliflə tanışlığından danışıb. O, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva çıxış edərək aktiv gənclərin bu kimi kitaba namizəd olduğunu qeyd edib.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edib ki,  dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Sonda Səadət Qarayeva diaspor işində fərqlənən gənclərə diplomlar təqdim edib.(525.az)

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 855

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...