TƏDQİQATLAR
A- A A+

Ukraynada Azərbaycanın iki Milli Qəhrəmanına abidə qoyulub

2016-12-02 11:45:05

Birinci Qarabağ savaşında xeyli sayda azərbaycanlı ilə yanaşı, digər xalqların nümayəndələri də iştirak edib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bir sıra oğul və qızlarımız Milli Qəhrəman adına layiq görülüb. Bu ada layiq görülənlər arasında  əcnəbi xalqın nümayəndələri də var.

 Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq" cəmiyyətinin sədri  Murad Ömərov Modern.az-a açıqlamasında Qarabağ müharibəsində həlak olan ukraynalı Milli Qəhrəmanlar barədə danışıb.

 “Qarabağ münaqişəsi zamanı qəhrəmanlıq göstərdiklərinə görə Milli Qəhrəman adına layiq görülən döyüşçülər olub. Onların arasında iki ukraynalı da olub. Bunlardan biri Ruslan Palavenka, digəri isə Viktor Vasilyeviç Seryogindir . İkisi də xarkovludur. 
Viktor Seryogin Bakıda yaşayıb. 1992-ci ilin 28 fevralında Şuşa mühasirəyə düşən vaxt mülki insanları həmin ərazidən çıxaran zaman vertolyot vurulub. Vertolyotda olanların hamısı həlak olub. 

O, vertolyotun komandiri vəzifəsini icra edib. İki nəfər azərbaycanlı isə vertolyotun pilotu olub. Onların 3-nə də Milli Qəhrəman adı verilib. Bunu 1994-cü ildə bildik. Onun anası Xarkovda yaşayırdı.

Sonradan ailəsi  ilə tanış olduq. Seryogin Şəhidlər Xiyabanında dəfn olunub. Onun adına küçə var, vaxtilə  yaşadığı evə lövhə vurulub. 2004-cü ildə Xarkovda onun yaşadığı evdə lövhə vurmaq üçün şəhər merindən icazə aldıq. Hər il dəfn olunan gün- 28 fevralda  evinin önünə gedib gül dəstəsi qoyuruq”.

Murad Ömərov ikinci ukraynalı Milli Qəhrəmandan da danışıb:

 “2014-cü ildə Xarkovdan olan ikinci Milli Qəhrəmanın kimliyini bildik. Bu da Ruslan Palavenkadır. Şəhid olanda 22 yaşı olub. Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1992-ci il avqustun 6-da Azərbaycan hərbçiləri Ağdərə rayonunun Kasapet yüksəkliyi yaxınlığında mühasirəyə düşərkən R.Polovinka Mİ-24 helikopterinin heyəti ilə həmin əraziyə üç dəfə uçuş edib. Qəhrəman pilot düşmənin zirehli texnika və canlı qüvvəsini məhv edərək mühasirəni yarmış, yaralıları və şəhidləri oradan çıxarıb. Ruslan şəhid olanda atası onun Xarkovda dəfn olunmasını istəyib. Azərbaycan bayrağı və Azərbaycan əsgərlərinin müşayiəti ilə Xarkovda dəfn olunub. Azərbaycan bayrağını Ruslanın ailəsi hələ də saxlayır. Onu da deyim ki, Ruslanın “Qızıl ulduz” medalı və ulu öndər Heydər Əliyevin imzası olan vəsiqə şəhidin anası Qalina Polovinkaya təqdim edilib”

Ruslan şəhid olanda atası onun Xarkovda dəfn olunmasını istəyib. Azərbaycan bayrağı və Azərbaycan əsgərlərinin müşayiəti ilə Xarkovda dəfn olunub. Azərbaycan bayrağını Ruslanın ailəsi hələ də saxlayır. Onu da deyim ki, Ruslanın medalı gec də olsa, atasına-anasına təqdim olunub”.

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 276

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...