SOSİAL
A- A A+

Qarabağ müharibəsi əlillərinə ev təqdim olunub

2016-12-02 10:55:22

Həmin evlər bölgələrdə sahiblərinə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın şəhər və rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri davam etdirilir.

Nazirlik daha 6 ədəd fərdi yaşayış evini Ucar rayonunda Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib. 

Məlumatına görə, həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib.  
Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin  hərtərəfli və uzunmüddətli tərəqqisinə xidmət edən sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Respublikamızda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial siyasətdə mühüm yer tutduğu diqqətə çatdırılıb. 
Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu təbəqələrdən olan şəxslərin mənzillə təminatı sahəsində mühüm irəliləyişlərə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30-dan çox rayonda 140 ədəd fərdi yaşayış evini və 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 ədəd mənzili istifadəyə verib. Beləliklə, bu il nazirlik 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib. Ölkədə sosial sahəyə dövlət qayğısının ildən-ilə artırılması  bütün sosial proqramlar kimi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla davam etdiriləcəyinə əsas yaradır.
Digər çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin ayrı-ayrı sosial təminat növləri ilə təmin olunduqlarından da bəhs edib, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıblar.
Yeni fərdi yaşayış evlərinin təqdim edildiyi  Qarabağ müharibəsi əlilləri respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ümumən əlillərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. (qhtxeber.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 864

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...