QHT və MEDİA
A- A A+

“Milli qəhrəmanlarimizi tanidaq və yaşadaq!”

2016-12-01 09:25:12

Tədbir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında “Milli Qəhrəmanlarımızı tanıdaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda tədbir keçirildi.

Tədbiri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş  şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Anma mərasimindən  sonra Cəlil Xəlilov tədbir haqqında məlumat verərək bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin, əməkdaşlığın mühüm əhəmiyyəti və hərbi sahədə böyük uğurlar əldə edilməsi xalqımız tərəfindən müsbət qarşılanır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırladığı silah-sursatlar bu gün dünyanın qabaqcıl ölkələrində istehsal edilən eyni təyinatlı məhsullardan nəinki geri qalmır, hətta bəzi texniki-taktiki göstəricilərinə görə onlardan üstündür. Qarabağda cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında, ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında qəhrəman Azərbaycan oğulları ilə yanaşı, bu silahlar da öz sözünü dedi. Həmin silahlar və hərbi sənaye sahəsi mühəndislərimizin əməyinin nəticəsi olan hərbi texnikamız döyüş sınağından uğurla çıxaraq, düşmənə sarsıdıcı zərbə vurulmasına imkan verdi.

Milli Qəhrəmanlarimizi tanitmaq və yaşadmaq məqsədi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyinin, "20 Yanvar" birliyinin, "Xocalı Soyqırımını Tanıtma"birliyinin və "Sosial Rifah və Tədqiqatları" birliyinin təşəbbüsü ilə 2 fevral 2016-cı il tarixində, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adının əbədlədirilməsü üçün onun adına silah adı verilməsinə görə müraciət edilmişdir.

Müraciətimiz Müdafiə Sənayesi Nazirliyində müsbət qarşılanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xususi igidlik və şücaət gösdərdiyinə görə ( ölümündən sonrə) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfiyar Abuzər oğlu Behbudovun adının əbədləşdirməsi üçün Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanan və istesal olunan 120 mm-lik minaatanın “SƏFİYAR minaatanı” adlandırılması qərara alınnmışdır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Müdafiə Nazirliyinin xüsusilə ölkə gəncləri arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti də təqdirəlaiqdir. Belə ki,Müdafiə Sənayesi Nazirliyiistehsal etdiyi silahlara, hərbi texnikaya torpaqlarımızın düşmən işğalından azad olunmasında xususi igidlik və sücaət gösdərdiyinə görə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəmanı adına layiq görülmüş oğullarımızın xatirəsini əbədiləşdirir. Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun və Səfiyar Behbudovun adlarını daşıyan və atəşləri onlar kimi düşmənə ölümcül zərbələr vuran"MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və 120 mm-lik“SƏFİYAR minaatanı”bu sahədəki fəaliyyətin bariz nümunələridir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinvə Azərbaycan Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkətin rəsmi heyətin, beynəlxalq ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə, Bakı Ekspo Mərkəzində keşirilmiş “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisinidə, Qəhramanlarımızın adına verilmiş "MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və “SƏFİYAR minaatanı” sərgi iştirakçılarının böyük marağına səbəb oldu.

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov çıxış edərək, bildirdi ki, «İstiqlal» snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci snayper tüfəngi Mübariz İbrahimovun şərəfinə "MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi adlandırılması orduda xidmət edən əsgərlərimizin döyüş rühünu qaldırmış və ictimayət tərəfindən müsbət qarşılamışdı.

"MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi hazırda dünyada ən yaxşı silahlar sırasında xususi yer alaraq atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu snaper tüfəngi hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində Mübariz İbrahimovun şərəfinə «MÜBARİZ» snaper tüfəngi adlandırdığı üçün, hamımız tərəfindən sevilərək tətbiq edilir.

Digər Milli Qəhrəmanimızın adını daşıyan 120 mm-lik “SƏFİYAR minaatanı”-nın, Rusiya istehsalı olan 120 mm-lik minaatandan üstünlüyü ondan ibarətdir ki, qəhramanımızın adını daşıyan minaatanımız atəş yayımını müəyyən olunmuş hədəfə daha düzgün və dəqiq nişan alır. 120 mm-lik “SƏFİYAR minaatanı” Azərbaycan və Türkiyə Silahlı Qüvələrində böyük marağa səbəb olmuşdur. Sərraf Orucov çıxışının sonunda bildirdi ki, "MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi Qarabağda gizlin düşmən nişangahlarını zərərlədirəcək, “SƏFİYAR minaatanı” isə Qarabağda Səfiyarın ayağı dəyən yerlərə raket zərbələri ataraq onun ruhunu şad edəçəkdir.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək bildirdi ki, bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti durmadan güclənməkdədir. Artıq Azərbaycan Ordusu 1991-1993-cü illərki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusu kimi formalaşmışdır.

Tədbirdə iştirak edərək   “Milli Qəhrəmanlarimizi tanidaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda təşkil olunan tədbirlərinı müsbət dəyəndərdirərək, Milli Qəhramanlarımızın adlarının verildiyi silah, hərbi texnika və başqa adlar Azərbaycan əsgərinin döyüş ruhunun yüksəlməsinə,vətən sevgisinin artmasına mühüm təsir göstərməklə düşmən üzərindəki labüd qələbəmizə öz töhfəsini verəcəyini bildirdilər.

Tədbir iştirakçıları, Azərbaycanın Milli Qəhrəmanlarına dəyər verərək onların adlarının əbədəşdirdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalova, Azərbaycan Respublikasının Müdafiə naziri genral pokovnik Zakir Həsənova öz təşəkkürlərini bildirdilər.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1314

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...