2016-11-30 09:10:21 | CƏMİYYƏT
“Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” adlı sərgi açılıb

Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan rəssamlarının sənət əsərlərindən ibarət “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” adlı sərgi açılıb

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Layihənin müəllifi və rəhbəri, sənətşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Dilarə Müzəffərli layihə barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi ölkəmizdə dövlət səviyyəsində təmin edilən multikultural və tolerant mühitin ötən əsrin 50-80-ci illərində rəssamlarımız tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə daha geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyaya nümunə kimi təqdim olunması, gənclərə multikulturalizm dəyərlərinin aşılanması və tolerantlığın əhəmiyyətinin təbliğidir.

D.Müzəffərli deyib: “Azərbaycan təsviri sənətinin tarixinə nəzər yetirdikdə müxtəlif dövrlərdə yaşamış rəssamlarımızın yaradıcılığında multikultural və tolerant dəyərləri ehtiva edən çoxlu sayda əsərlərin olduğunu görə bilərik. Sərginin açılması Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin əsrlərə dayandığını əyani şəkildə ictimaiyyətə təqdim etmək məqsədi daşıyır”.

Qeyd olunub ki, sərgidə Azərbaycan təsviri sənət ustalarının Milli İncəsənət Muzeyinin fondunda olan əsərləri nümayiş etdirilir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin əsrlərdən gəldiyini deyən Ö.Eldarov hazırda bu prinsiplərin dünya ölkələri üçün nümunə olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, ölkəmizdə müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir. Bu xalqlar əsrlər boyu mehriban yaşayıb, öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayıblar. Bir sözlə, bu gün ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində də özünü göstərir.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli və digərləri qeyd ediblər ki, multikulturalizm və tolerantlıq ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik yaşayışının göstəricisidir. Prezident İlham Əliyevin multikulturalizmin dövlət siyasəti kimi təməlini qoyduğunu deyən natiqlər diqqətə çatdırıblar ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrinə humanist münasibət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə konstitusiyamızda bərpa olunub. Burada müxtəlif maddələr - bərabərlik, dil hüququ, din hüququ və müxtəlif konfessiyalarda olmaq hüququ Ümummilli Liderin göstərişi və təkidi ilə konstitusiyamızda əksini tapıb. Bütün bunların nəticəsi olaraq milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır. Vurğulanıb ki, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri sərbəst yaşayırlar, ona görə də multikultural və tolerant dəyərlər həmişə yaşayacaq. Xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə həyata keçirilən dövlət siyasətindən danışan natiqlər tolerantlığı ölkəmizin həm də ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirib, xalqımızın milli keyfiyyəti kimi xarakterizə ediblər. Çıxış edənlər vurğulayıblar ki, fırça ustaları yaratdıqları möhtəşəm sənət əsərləri vasitəsilə Azərbaycanın multikultural və tolerant diyar olduğunu bir daha sübut ediblər.

Tədbirdə, həmçinin “Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər” mövzusunda sərginin kataloqunun təqdimatı da keçirilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Nadir Qasımov, Səhlab Məmmədov, Arif Hüseynov, həmçinin əməkdar incəsənət xadimləri Lətif Feyzullayev, Vəcihə Səmədova, Nəcəfqulu İsmayılov, Hafiz Məmmədov, Toğrul Sadıqzadə və Əbdülxalıq tərəfindən ötən əsrin 50-80-ci illərində yaradılmış, xalqların dostluğunu tərənnüm edən, özündə multikultural və tolerant dəyərləri ehtiva edən rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.

 

 

 

Baxış sayı : 1344
Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33 Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin YUNESKO-nun Baş katibi Odre Azule xanıma M Ü R A C İ Ə T İ 2020-11-27 18:30:01 “Münaqişənin həllində yeni mərhələyə qədəm qoymuşuq” 2020-11-27 18:10:49 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı 2020-11-27 10:20:00 Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu 2020-11-27 09:15:00 "Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırladı 2020-11-27 08:35:06 Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır 2020-11-27 08:25:48 "Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub" 2020-11-27 07:50:05 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Pənahəli xanın imarəti 2020-11-26 15:25:56 Hulusi Akar Fransa Senatının bəyanatını pislədi 2020-11-26 15:10:10 Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq 2020-11-26 08:55:09