QHT və MEDİA
A- A A+

Dilimizlə bağlı QHT-nin tədbiri

2016-11-30 08:25:35

Layihə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük Akt Zalında “Azadlıq Hərakatçıları” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında, 2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın həyata keçməsinə vətəndaş cəmiyyətinin dəstəyini reallaşdırmaq məqsədilə həyata keçirdiyi “Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Məlumata görə, Konfransı giriş sözü ilə açan ADPU-nu filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov həyata keçirilən layihənin aktuallığı, cəmiyyət üçün əhəmiyyəti, reklam bazarında Azərbaycan Respublikasının Dövlət Dili ilə bağlı kifayət qədər narahatlıq doğuran qüsurların mövcudluğu barədə fikirlərini Konfrans iştrakçıları ilə bölüşdü. Sonra layihənin yekunları əsasında hazır-lanmış “Dilimiz reklamlarda” sənədli filmi nümayişetdirildi.
Filmin nümayişindən sonra “Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili” layihəsinin yekunları ilə bağlı məruzə ilə çıxış edən layihənin rəhbəri, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri,yazıçı-publisist Təhmasib Novruzov bu gün cəmiyyəti, xüsusilə ziyalıları narahat edən bu mühüm problemlə bağlı layihənin reallaşmasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. T.Novruzov bildirdi ki, layihənin icrası çərçivəsində AMEA-nın Dilçilik İnstutunun dilçi-alimləri ilə birgə reallaşdırılan monitorinq zamanı həm reklam çarxlarında, həm internet portallarındakı reklam səhifələrində, həm də Bakı və Sumqayıt şəhərlərində nümayiş etdirilən reklam lövhələrində gözlənildiyiindən dəfələrlə çox ədəbi dil qüsurlarının aşkar edilməsi, bu sahədə həqiqətən ciddi problemlərin mövcudluğundan xəbər verir. Təkcə Bakı şəhərindəki reklam və ünvan lövhələrində 1786 dil qüsuru məsələ ilə bağlı həyacan təbili çalmağın zamanının yetişdiyini deməyə əsas verir. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayında AMEA-nın 90 illik yubileyindəki çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı cəmiyyətə verdiyi mesajı xatırladaraq, yerli icra orqanlarının bu sahəyə münasibətlərinin qənaətbəxş olmadığını vurğulamaqla, məsul şəxsləri ölkə başçısının nitqindəki dəyərli tövsiyələri nəzərə almağa çağırdı. T.Novruzov, həmçinin layihənin yekunları ilə bağlı arayış-kitabça hazırlandığını, bu sahəyə cavabdehlik daşıyan hər bir dövlət orqanına həmin kitabçanın nüsxəsinin göndəridiyini, qüsurların qeyd olunması ilə yanaşı həmin kitabçada problemin həlli ilə bağlı AMEA-nın Dilçilik İnstutu ilə birgə hazırladıqları təkliflərin də əks olunduğunu qeyd edərək, inandığını bildirdi ki, əlaqədar qurumlar Ana dilinin saflığının qorunması və dilimizin inkişafı sahəsində mövcud olan qüsurların aradan qaldırılmasında daha məsuliyyətli olacaqlar.
Konfransda çıxış edən AMEA-nın Dilçilik İnstutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, tanınmış diktorlar, Respublikanın Xalq Artistləri Ofelya Sənani, Eldost Bayram, Azərbaycan Respublikasının Əməkdar Artisti Əbdül Mahmudbəyli,Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, şair Oqtay Rza,QHT sədrləri , tanınmış jurnalist Azər Həsrət, Əkrəm Bəydəmirli,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsalə Süleymanova başqaları reklam bazarında yol verilən Azərbaycan ədəbi dil qüsurları ilə bağlı fikirlərini Konfrans iştrakçıları ilə bölüşərək, bu mühüm məsələyə bütün cəmiyyətin, xüsusən də ziyalıların diqqətlə yanaşmalarının vacibliyini bildirdilər.
Tədbirdə ADPU-nun filologiya fakültəsinin tələbələri Ana dilinə həsr olunmuş şerlərlə Konfransa rəngarənglik bəxş etdilər.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 367

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...