SİYASƏT
A- A A+

Erməni-gürcü savaşı böyüyür

2015-05-06 09:55:09

Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal başlayır

Ermənistan parlamentinin sədri Cənubi Osetiya parlamentinin başçısını qəbul edib və iki ölkənin arasında münasibətlərin dərinləşməsi barədə müzakirə aparıb. Gürcüstan mətbuatında Cənubi Osetiya parlamenti sədri Anatoliy Babilovun bu il mayın 3-də Xankəndində qondarma DQR-in parlament seçkiləri ilə əlaqədar Dağlıq Qarabağa qanunsuz səfərinə və orada Ermənistan parlamentinin spikeri ilə görüşü ciddi rezonans doğurub.

KİV-lərdə "Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal" mözvusunda yazılan məqalələrdə Cənubi Osetiya parlamentinin veb-saytına istinadən yazılır: "Anatoli Babilov Ermənistan Milli Məclisinin sədri Qalust Saakyanın dəvəti ilə Dağlıq Qarabağda idi və onunla görüşdə iki "ölkə" arasında əlaqələrin dərinləşməsi məsələlərini müzakirə edirdi."

Bu məsələ ilə bağlı jurnalistlərə nə Gürcüstanın Xarici İşlər Nazirliyindən, nə Gürcüstandakı Ermənistan səfirliyindən, nə Ermənistandakı gürcü səfirliyindən, nə də erməni apostol kilsəsinin gürcü yeparxiyasından şərh verilməyib. 

Gürcü politoloq Soso Sinsadze bu addımı diplomatik dildə "düşməncəsinə jest" adlandırıb və bunu gürcü diplomatiyasının zəifliyi kimi qiymətləndirib: "Ermənistanın belə siyasəti yolverilməzdir. Ermənistan ayrıca dövlətdir, amma Xankəndi Azərbaycana aiddir. Ermənilər Dağlıq Qarabağa "müstəqil dövlət" deyirlər. Amma, Ermənistan parlamenti sədri Tsxinvali parlamenti sədrini de-fakto dəvət edir və onunla görüşür, bu, gürcü diplomatiyasının böyük zəifliyidir."

Onun fikirincə, "erməni soyqırımı"nın 100 illiyi tədbirlərinə Gürcüstandan aşağı dərəcəli nümayəndə heyəti göndərilmişdi. Gürcüstan "erməni soyqırımı"nı tanımır və buna görə də Ermənistan bizə qarşı belə hərəkətlərə yol verir.

Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze əvvəl deyib ki, əgər qondarma Dağlıq Qarabağ Respublikasında Qalust Saakyan ilə Anadolu Bibilovun görüşü baş tutarsa, buna mütləq reaksiya veriləcək.

Ermənistan parlamentinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Arsen Babayan bildirib ki, Anatoli Babilov ilə Qalusta Saakyanın görüşü şəxsi xarakter daşıyırdı və heç bir rəsmi məsələ müzakirə edilmirdi.


Kateqoriya : SİYASƏT Baxış sayı : 960

QHT və MEDİA

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

2019-05-16 07:55:17

QHT və MEDİA
Azərbaycanın ictimai-siyasi həyatında QH...
Azərbaycanın ictimai-siyasi həyatında QH...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı ...

CƏMİYYƏT

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

2019-05-15 10:25:01

CƏMİYYƏT
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb d...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...