İQTİSADİ
A- A A+

Gürcüstan hökuməti Azərbaycanın və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm verir

2016-11-28 09:35:12

Gürcüstan hökuməti Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlıdır

Biz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm veririk.
Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili parlamentin noyabrın 26-da keçirilən iclasındakı çıxışı zamanı söyləyib.
Baş nazir deyib ki, Gürcüstan hökumətinin xarici siyasət kursu hamıya məlumdur. Biz bütün qonşularla mehriban dostluq şəraitində yaşamaq istəyirik. Azərbaycan və Türkiyə bizim strateji müttəfiqlərimizdir. Bu ölkələrlə münasibətlərin daha da möhkəmlənməsi, qlobal layihələrdə birgə iştirakımız bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, biz Şərq-Qərb dəhlizini genişləndirəcəyik və bu yolla xalqlarımızın rifahını daha da yaxşılaşdıracağıq.
G.Kvirikaşvili ölkəsinin Avropaya inteqrasiyası, NATO ilə əməkdaşlığı məsələlərinə də aydınlıq gətirib. Bu iki beynəlxalq təşkilatla əməkdaşlığın genişləndirilməsinin Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.
Qeyd edək ki, hazırda parlamentdə müzakirələr davam edir. Günün sonunadək parlament hökumətin yeni tərkibini və strateji fəaliyyət planını təsdiq etməlidir.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 724

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...