QHT və MEDİA
A- A A+

Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycan diplomatının məqaləsi dərc olunub

2016-11-28 09:10:26

Niderlandın “Diplomat Magazine” jurnalının noyabr buraxılışında səfir Mir-Həmzə Əfəndiyevin “Made in Azerbaijan” sərlövhəli məqaləsi dərc olunub

 

Məqalədə son dövrlərdə ölkəmizdə aparılan əsaslı islahatlar barədə ətraflı məlumat verilir.
Yazıda Prezident İlham Əliyev tərəfindən xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin mexanizminin tənzimlənməsi qaydalarının təsdiqi ilə "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi məsələsinə toxunulur. 
Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili iqtisadi islahatlar ili kimi səciyyələndirib. Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatını post-neft dövrünün tələblərinə uyğunlaşdırmaqdır. Son on üç il ərzində ölkənin ümumdaxili məhsul istehsalı üç dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsinin azaldılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan hökumətinin başlıca məqsədi ölkədə makroiqtisadi stabilliyin təmin olunmasıdır. Ölkə iqtisadiyyatının diversifikasiyası davam edir. Qeyri-neft sektoru vasitəsilə iqtisadi inkişafı təmin etmək məqsədilə, hökumət tərəfindən növbəti onillik üçün strateji yol xəritəsi hazırlanır. 
Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş institutsional islahatın bariz nümunəsidir. Eyni zamanda, bu ilin avqust ayında vergi sahəsində aparılan islahatların istiqamətləri təsdiqlənib. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı məqsədilə müvafiq addımlar atılıb. Müəllif son dövrlərdə yerli istehsalın inkişafına yönələn islahatlar, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyat və maliyyə sektorlarında şəffaflığın təminatı məsələlərinə də toxunur. 
Niderland Krallığı ilə Azərbaycan arasında əməkdaşlığa gəlincə məqalədə iki ölkə arasında keçirilən biznes forumlar, 2015-ci ildə iqtisadiyyat naziri Şahin Mustafayevin Niderlanda, 2016-cı ildə isə onun niderlandlı həmkarı Henk Kampın Bakıya səfərinin ikitərəfli əlaqələr üçün daha möhkəm bünövrə yaratdığı vurğulanır. Niderland kapitalına malik şirkətlərin Azərbaycanda fəaliyyət göstərdiyi diqqətə çatdırılır. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun cari ilin oktyabrında Niderlanda səfərinin və keçirdiyi görüşlərin gələcək əməkdaşlığa təkan verəcəyi bildirilir.
Eyni zamanda, yazıda “Made in Azerbaijan” brendinin təqdimatının niderlandlı sərmayəçilər üçün yeni imkanlar yaradacağı vurğulanır və onlar yaranmış imkanlardan istifadə etməyə dəvət olunur. (AZƏRTAC)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 608

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...