TƏDQİQATLAR
A- A A+

Türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Qobustandan başlanır

2016-11-26 11:40:22

Təqdimat

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Türkiyənin Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı keçirilib. 
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Mövsüm Nağısoylu nəşr haqqında məlumat verib. Bildirilib ki, C.Alyılmaz böyük axtarışları sayəsində türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə hazırladığı kitabda Qobustan qayaüstü yazıları ilə bağlı geniş məlumat verir. Müəllif “Ömür kitabı” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyəti Azərbaycandan - Qobustandan başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə dəyərli tədqiqatlar aparıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral kitabı tarixi köklərimizin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Bildirib ki, Qobustan qədim türk tarixinin bir hissəsidir və bu tarixin daha da dərindən öyrənilməsi istiqamətində əlimizdən gələni etməliyik. Səfir keçmişimizin öyrənilməsi istiqamətində hərtərəfli dəstəyin vacibliyini vurğulayıb. 
Sonra müəllifin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 
Təqdimatın keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən C.Alyılmaz kitab haqqında məlumat verib. Bildirilib ki, 704 səhifəlik kitabda, həmçinin türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir. Qobustandakı hər simvolun, hər rəsmin keçmişdən bir xəbər olduğunu qeyd edən professor, bu qədim məkanın öyrənilməsi istiqamətində aparılan bütün tədqiqat işləri ilə dərindən tanışlığını, aparılan araşdırmaların sonunda İpək yolunun mərkəzi sayılan Qobustanda müxtəlif xalq və millətlərin izlərinin aşkar edildiyini söyləyib.
Nəşrin redaktoru, Bitlis Eren Universitetinin rektoru, professor Mahmut Doğru sözügedən işin mahiyyətindən danışıb, kitabın əhəmiyyətini vurğulayıb. Professor kitabı türkdilli xalqların tarixinin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. 25 il ərzində aparılan tədqiqatların nəticəsi olan kitabın ilk təqdimatının məhz Azərbaycanda, Bakıda keçirildiyini yüksək qiymətləndirib. M.Doğru nəşrin bir sıra xarici dillərə tərcümə olunmasının vacibliyini bildirib. 
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan üçün yazılmış bu kitabı Qobustanın ensiklopediyasının təməli, ilkin versiyası kimi dəyərləndirib. O, kitab-albomda yer alan fotoların əsasında sərgi təşkil olunmasını təklif edib. Qobustanın tarixin müəyyən bir hissəsinin əyani sübutu olduğunu deyən O.Səmədov, bu nəşrin hər yaş kateqoriyası üçün xüsusi çap olunmasını irəli sürüb.
İcraçı direktor qonaqların səfərin ilk günündə Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüşdüklərini, müəllifin kitab haqqında Dövlət müşavirinə geniş məlumat verdiyini bildirib. Qeyd olunub ki, K.Abdullayev nəşri dəyərli tarixi qaynaq kimi qiymətləndirib, müəllifə minnətdarlığını ifadə edib.
Digər çıxış edənlər kitabın əhəmiyyətini vurğulayıb, müəllifə öz təşəkkürlərini bildiriblər.
Kitab ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 507

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...