SİYASƏT
A- A A+

Əli Həsənov: “İran, Türkiyə və Azərbaycanın həmrəyliyi güclü olsa, bizə yanaşma da dəyişəcək”

2016-11-26 11:30:09

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 25-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov deyib ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar.

 Baş nazirin müavini bildirib ki, bu həmrəylik güclü olsa, bizə yanaşma da dəyişəcək: “Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil. Ölkələrimiz və xalqlarımız buna yol verməməlidir”.

Ə. Həsənov Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşmasının bütünlüklə region, o cümlədən Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 Türkiyənin Azərbaycandakı səfiri E. Özoral isə Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu, bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayıb. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Türkiyəli diplomat Azərbaycanla qardaşlıq əlaqələrinin daha da yüksək səviyyəyə qaldırılması üçün çalışacağını bildirib. E. Özoral Azərbaycan torpaqlarının işğal altında qalmasının Türkiyə üçün də xoş olmadığını, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinin vacibliyini qeyd edib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır və problemlərimizi birgə həll etməliyik”.

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 698

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...