QHT və MEDİA
A- A A+

"Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib

2016-11-24 21:25:55

Layihə

"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən Bakı Texniki Kollecində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Bakı Texniki Kollecinin direktor Fərrux Məmmədov Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı rolundan və dövlətçiliyin inkişaf etdirilməsində bu ideologiyanın təməl prinsip olmasından, Prezident İlham Əliyev tərəfindən bu ideologiyaya əsaslanan dövlət siyasətinin inkişaf etdirilməsindən bəhs etmişdir.

"Kür-Xəzər" xeyriyyə ictimai birliyinin nümayəndəsi Əziz Hüseynov layihə haqqında tələbələrə məlumat verərək qeyd etmişdir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" adlı bülleten hazırlanmış, təhsil ocaqlarına ziyalıların səfərləri təşkil olunmuşdur.

Tədbirdə iştirak edən qonaqlardan 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev, Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza Azərbaycançılıq və vətənpərvərlik mövzusunda fikirlərini tələbələrlə bölüşdülər.

Tələbələrdən Humay Əlizadə "Heydər Əliyev və Azərbaycançılıq", Günel Musazadə "Vətənpərvərlik - öz zəhmətini sevmək deməkdir" mövzularında çıxışlar etdilər.

"Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, şair Oktay Rza tərəfindən isə müəllif kitabları kollecin kitabxanasına hədiyyə edildi.

 

 

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 420

QHT və MEDİA

2018-05-27 21:00:28

QHT və MEDİA
SRTİB “1918-ci il hadisələri -UNUDULMA...
SRTİB “1918-ci il hadisələri -UNUDULMA...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasın...

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-26 12:45:04

İQTİSADİ
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın e...
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın e...

Mayın 25-də Tbilisidə “Cənubi Qafqaz enerji sammiti” keçirilib. Fact-info.az ...

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...