TƏDQİQATLAR
A- A A+

İsraildə “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi açılıb

2016-11-24 10:45:26

İsraildə yerli ictimaiyyəti Azərbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib

Yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri nümayiş etdirilən fotolarda Azərbaycanın Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, Şəki xanlarının sarayı kimi müasir və tarixi memarlıq şedevrləri ilə tanış olurlar. İzləyicilər, həmçinin Qobustan, İçərişəhər kimi tarixi yerlər, Bibiheybətdəki qədim neft yataqları, Naftalan, palçıq vulkanları kimi unikal müalicə ocaqları ilə virtual tanışlıq imkanı əldə ediblər.
Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən danışıblar. Qeyd olunub ki, Qırmızı Qəsəbə yəhudi kəndi, alman koloniyası, atəşpərəstlərin ibadət yeri olan Atəşgah memarlıq kompleksi Azərbaycan xalqının tolerantlığından xəbər verir.
Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycanın təbii resurslarının zənginliyinə, mədəniyyətinə və tarixinə heyran olduğunu bildirib. Mer ölkəmizə və xalqımıza rəğbət bəslədiyini, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azərbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu söyləyib.
Sərginin açılışında merin müavini Mixael Koen, Şəhər Şurasının üzvləri, Kiryat-Yam şəhər merinin müavini Adam Amilov, Hayfa dairəsi üzrə absorbsiya naziri Asaf Qerti və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər. Tədbir konsert proqramı ilə yekunlaşıb.

 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1043

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...