MÜSAHİBƏ
A- A A+

Multikulturalizm ideyalarının bu qədər çox təbliğ olunduğunu ilk dəfə Azərbaycanda gördüm

2016-11-24 10:15:56

Professor Fransua Jorjonun fikirləri

Azərbaycanda səfərdə olan Osmanlı tarixinin tədqiqatçısı, fransalı professor Fransua Jorjo bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) daimi elmi seminarında məruzəçi qismində iştirak edib. 
AZƏRTAC xəbər verir ki, fransalı alim BBMM-in mətbuat xidmətinə müsahibəsində ölkəmizlə bağlı təəssüratlarını, Azərbaycanın multikulturalizm modeli ilə bağlı fikir və düşüncələrini bölüşərək deyib: “Azərbaycanda olmağımdan çox məmnunam. Bakıya ilk gəlişimdi, təəssüf ki, indiyə qədər buraya gəlmək üçün fürsət tapa bilməmişəm. Bakı qədimliklə müasirliyin vəhdət təşkil etdiyi maraqlı şəhərdir. Burada həm orta əsrlərə aid tarixi memarlıq nümunələri, həm də iyirmi birinci əsrə aid müasir görünüşlü binalar var. Məsələn, İçərişəhərdə qalıram, oradan əzəmətli göydələnləri görə bilirəm. Bakının gələcəkdə dünyanın ən önəmli şəhərlərindən biri olacağına əminəm. 
Azərbaycanla qiyabi tanışlığım isə uzun illər əvvələ gedib çıxır. Osmanlı tarixini, xüsusən də “Gənc türklər” hərəkatını araşdırarkən, eləcə də Yusuf Akçuranın həyat və fəaliyyətinə həsr olunan diplom işimi yazarkən tarixi mənbələrdə bu görkəmli türkçü alimin adının yanında İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağayev kimi imzalar diqqətimi çəkdi. Adını çəkdiyim görkəmli şəxsiyyətlər və onların müasirləri ilə bağlı 1996-cı ildə “XIX əsrin ortaları - XX əsrin əvvəllərində Azərbaycanda modernləşmə haqqında qeydlər” məqaləsini yazdım. Yazıda çox dərindən olmasa da, həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər haqqında fikirlərim öz əksini tapıb.
Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var. Osmanlı plüralist cəmiyyətin formalaşdığı kosmopolit bir imperatorluq idi. Bununla yanaşı, dinc yaşamın necə əldə olunması fransız oxucusuna maraqlıdır. 25 il əvvəl Osmanlı tarixi ilə bağlı digər müəlliflərlə birgə yazdığım 200 səhifəlik kitab Fransada 30 min nüsxə ilə satılıb. Bu, böyük bir rəqəmdir. Bu yaxınlarda da digər araşdırmaçıların həmmüəllifliyi ilə 1300 səhifəlik “Osmanlı tarixi lüğəti” adlı kitabımız işıq üzü görəcək. Gələcək tədqiqatlarımla bağlı Bakıdakı arxivlərlə əlaqə saxlamağı, burada araşdırmalar aparmağı düşünürəm.
İndiyə qədər Azərbaycanın multikulturalizm modeli ilə yaxından tanış deyildim. Mən multikulturalizm ideyalarının bu qədər təbliğ olunduğunu, yayıldığını, bir xalqın əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüm. Azərbaycanın multikulturalizm modelinə böyük marağım yarandı və bu sahəni öyrənməkdən şərəf duyuram. Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. Düşünürəm ki, dünyada insanların sülh şəraitində yaşaması, plüralizmin inkişafı və çoxmədəniyyətliliyin qorunub saxlanması üçün Azərbaycanın multikulturalizm modeli dəyərli örnəkdir. Bir fransız kimi Fransa üçün də bu multikulturalizm modelinin önəmli ola biləcəyini düşünürəm. Artıq multikultural bir dünyaya alışmağımız və bunu qəbul etməyimiz lazımdır”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 341

QHT və MEDİA

2018-02-23 10:00:44

QHT və MEDİA
Xarici mediada Xocalı soyqırımına dair ...
Xarici mediada Xocalı soyqırımına dair ...

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üz...

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

CƏMİYYƏT

2018-02-23 13:25:31

CƏMİYYƏT
Sumqayıt hadisələri-məkrli planlar
Sumqayıt hadisələri-məkrli planlar

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirəl...

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...