SİYASƏT
A- A A+

Prezident: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir”

2016-11-24 09:20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən “Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edib və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.

Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 731

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...