SOSİAL
A- A A+

Şura 2017-ci il qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib

2016-11-22 19:25:02

Toplantı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə QHT-lərin rəy və təkliflərini öyrənmək üçün ictimai müzakirə keçirib. Toplantıda ilk olaraq Şuranın yeni hazırladığı layihələrin elektron qəbulu proqram təminatı təqdim edilib. QHT nümayəndələrinin adıçəkilən proqramdan istifadənin texniki detalları ilə bağlı sualları cavablandırılıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, təmsil etdiyi qurum QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq hər il qrant müsabiqələrinin mövzularını təkmilləşdirir, ölkə gündəmindəki prioritet məsələləri və təşkilatların müxtəlif sahələr üzrə fəaliyyətini diqqətdə saxlayaraq yeni mövzular təqdim edir. İcraçı direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ailə, qadın və uşaq məsələləri, insan alveri, qaçqın və məcburi köçkünlərin iqtisadi, sosial sahədə olan məsələlər, narkomaniya və bu kimi digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin təşkili, hüquq mədəniyyətinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və digər mövzuların hər zaman Şuranın diqqətində olduğunu deyib.

Fərasət Qurbanov hansı istiqamət üzrə təqdim olunmasından asılı olmayaraq bütün layihələrin ictimai aktuallığı ilə seçilməsinin, müasir dövrün çağırışları ilə səsləşməsinin və innovativ olmasının vacibliyini vurğulayıb. İcraçı direktor QHT-ləri xüsusi ilə beynəlxalq aləmin əsas subyekti olan dövlətlərin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə dəvət edib.

 Həmçinin  tədbirdə Azər Həsrət, Bəxtimşah Tağıyeva, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Əvəz Həsənov, Jalə Cəfərova, Akif Nağı, Günel Səfərova, Müşviq Ələsgərli, Əkrəm Bəydəmirli, Məhərrəm Zülfüqarlı, Aydın Xan Əbilov, Niyaməddin Orduxanlı, Təhmasib Novruzov, Həsən Şıxəliyev, Rasim Məmmədov, Şəmsəddin Əliyev və digər QHT rəhbərləri çıxış edərək Şuranın 2017-ci il qrant müsabiqəsi ilə bağlı təkliflərini bildiriblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 525

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...