CƏMİYYƏT
A- A A+

“The Algemeiner”: Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər

2016-11-22 08:55:59

Məqalə

ABŞ-da nəşr olunan, yəhudilərə məxsus “The Algemeiner” qəzetində amerikalı ravvin və “Xocalı: bəşəriyyət əleyhinə cinayət” kitabının müəllifi İzrail Barukun “Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə İkinci Dünya və Qarabağ müharibələrinin odundan-alovundan keçmiş iki azərbaycanlının taleyindən danışılır.

İ. Baruk Xocalı soyqırımından salamat çıxmış 32 yaşlı azərbaycanlı Anar Usubovdan yazaraq qeyd edir ki, Anarın babası Şahhüseyn İkinci Dünya müharibəsində Sovet Ordusu sıralarında nasistlərə qarşı döyüşüb, amma əsir alınaraq Auşvits həbs düşərgəsinə göndərilib. Burada əsir müsəlmanları yəhudilərdən ayırıblar. Şahhüseyn yəhudi əsirlərin sağ qalmasına kömək etmək üçün onlara ərəb dilində Quran oxumağı öyrədirmiş, çünki almanlar müsəlman hərbi əsirlər arasında gizlənən yəhudiləri tapmaq üçün onların Quranı bilib-bilməməsindən istifadə edirlərmiş. Sonunda almanlar Şahhüseynin hərəkətindən xəbər tutub, onu amansızcasına döyüblər.(AZƏRTAC)

Müəllif qeyd edir ki, Şahhüseynin qəhrəmanlığı bir çox yəhudini xilas edib. Amma o, ağlına gətirməzdi ki, ölümündən sonra eyni hadisələr nəvəsinin başına gələ bilər. Erməni silahlı birləşmələri 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı törədiblər. Nəticədə qocalar, qadınlar və uşaqlar, o cümlədən Anarın ailəsinin böyük hissəsi həlak olub. İ. Baruk sonda yazır ki, Anarın babasının Auşvits əsir düşərgəsində çoxlu yəhudini xilas etməsi və yəhudi icmasının Xocalı soyqırımından salamat qalan azərbaycanlılarla işləməsi faktı insan təbiətinə xas olan alicənablıq hissindən xəbər verir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 728

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...