MƏDƏNİ
A- A A+

Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilən filmin premyerası olub

2016-11-22 08:35:14

“Gənc səslər, qədim nəğmə” sənədli filmi

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” sənədli filminin premyerası keçirilib.

Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin premyerası Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən təşkil edilıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ottavada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, kanadalı qonaqlar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətindən danışıb. Bildirib ki, işğal nəticəsində 1 milyondan çox azərbaycanlı ev-eşiyini itirərək didərgin həyatı yaşayır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və bu səbəbdən qaçqınlar öz evlərinə qayıda bilmirlər. Filmdə qaçqın probleminə muğam prizmasından yanaşıldığını söyləyən R.Hüseynli bu sənətin xalqımız üçün önəmini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muğamın beşiyi olduğunu qeyd edib.

Tədbir filmin nümayişi ilə davam edib. Qaçqın və məcburi köçkünlərin taleyindən və muğam sənətindən bəhs edən “Gənc səslər, qədim nəğmə” filmi tamaşaçıların marağına səbəb olub.

Sənədli filmin nümayişindən sonra C.Verbok səhnəyə çıxaraq ölkəmizlə ilk tanışlığı, azərbaycanlı məcburi köçkünlərin vəziyyəti, Azərbaycan muğamının fərqləndirici xüsusiyyətləri barədə danışıb, tamaşaçıların suallarını cavablandırıb.

C.Verbok, həmçinin tar və kamançada milli musiqilərimizi ifa edib.

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 829

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...