SOSİAL
A- A A+

“Siz tək deyilsiniz! Biz sizinləyik”layihəsi çərçivəsində növbəti tədbir

2016-11-21 22:05:06

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və  bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə növbəti dəfə Dəyirmi Masa  keçirilib. Layihədə qaldırılmış problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb və layihə haqqında məlumat verərək bildirib ki, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub. 
Layihə rəhbəri bildirib ki, nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq aidiyyatı olan hökümət, tanınmış Qeyri-Hökümət  Təşkilatları və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirirərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılmışdır
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin rəhbəri Tahirə Məmmədova, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirli, Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini, Səbail rayon təşkilatının sədri, YAP Səbail rayon təşkilatının sədr müavini İlham Əliyev, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə, “Humel” psixologiya mərkəzinin rəhbəri Taryel Faziloğlu, “20 Yanvar Cəmiyyəti” İctimai Birliyinin sədri Sultan Əzimzadə və birliyin sədr müavini Mustafa Əliyev və başqa QHT, KİV nümayəndələri həyata keçirilən “Siz tək deyilsiniz! Biz sizinləyik”  layihəsini və layihə çərçivəsində çap olunmuş kitabı müsbət qiymətləndirərək, maraqlı təkliflər səsləndiriblər.

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 616

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...