SOSİAL
A- A A+

Vətənpərvər zabitimizə böhtan, yalan, hədiyan yazmaqla görəsən “nəyə” nail olmaq istəyirlər?..

2016-11-21 10:45:00

QHT sədrinin münasibəti

Son günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir.

Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur.

Cəlil Xəlilov 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır.

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir.

Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir.

O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə, Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır.

Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur.

Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram.

Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?..

Ölkəmizdə nüfuzlu vətənpərvər təkilatlarının nüfuzuna xələl gətirən bu cürə xoşa gəlməz intiriqalara dərhal son qoylsun. 

         Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, 
        Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 582

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...