CƏMİYYƏT
A- A A+

Fransa mətbuatında Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub

2016-11-21 09:00:20

Fransanın “islamnews.fr” saytında “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquqa riayət etməyə çağırır” adlı məqalə dərc olunub

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ci əsrin əvvəllərində (1919-cu ildə ingilislər və 1921-ci ildə sovetlər tərəfindən) başladığı və bu ərazilərin ölkəmizə məxsus olduğu diqqətə çatdırılır. 1988-ci ilin fevral və 1994-cü ilin may aylarında Azərbaycanın cənub-qərbində yerləşən Dağlıq Qarabağ regionunda yenidən silah səslərinin eşidildiyi bildirilir. 
Müəllif beynəlxalq birliyin Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri kimi tanıdığını vurğulayır. Bildirir ki, Ermənistan qoşunlarının bu ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı, eləcə də bu təşkilatın Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı qətnamələrinə riayət etmir, Azərbaycanın tarixi torpaqlarını hələ də qeyri-qanuni olaraq işğal altında saxlayır. 
Məqalədə erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü, doğma yurdlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının öz evlərinə qayıda bilmədiyi və işğal olunmuş ərazilərdə erməniləşmə prosesi aparıldığı diqqətə çatdırılır. 
Qeyd olunur ki, Azərbaycan xalqı haqq səsini Prezident İlham Əliyev vasitəsilə beynəlxalq birliyə çatdırır. 
Məqalədə Fransada erməni lobbisinin bu məsələyə təsirinə də toxunulur. 
Həmçinin bildirilir ki, Fransanın bir qrup deputat və senatoru cari ilin aprelində “Figaro” qəzeti vasitəsilə Prezident Fransua Ollanda açıq məktubla müraciət edib. Müraciətdə Prezident Ollanddan BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın Ermənistanın beynəlxalq hüquqa riayət etməsi və öz qoşunlarını Azərbaycanın tarixi torpaqlarından çıxarması üçün nüfuzundan istifadə etməsi xahiş olunub.
Sonda müəllif ölkəmizdə yəhudilərin, xristianların və müsəlmanların harmoniya şəraitində yaşadıqlarını diqqətə çatdırır, Fransa mətbuatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı susqunluq nümayiş etdirməsinin təəccüb doğurduğunu bildirir. (AZƏRTAC)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 930

QHT və MEDİA

2019-12-10 18:00:15

QHT və MEDİA
İnformasiya təhlükəsizliyinə həsr olunan...
İnformasiya təhlükəsizliyinə həsr olunan...

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində...

2019-12-10 10:10:25

QHT və MEDİA
Azay Quliyev “Azərbaycanı beynəlxalq təş...
Azay Quliyev “Azərbaycanı beynəlxalq təş...

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiya...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...