SİYASƏT
A- A A+

Fransada Ermənistan-Azərbaycan münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri müzakirə edilib

2016-11-18 09:30:40

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində noyabrın 17-də bu ölkənin xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayıb, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildiriblər.

Həmçinin nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində “3+2” formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.

Səfər zamanı nazir Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə də görüşüb

XX əsrin sonlarında beynəlxalq aləmdə cərəyan edən proseslər  (“soyuq müharibə”nin sona çatması,  dünya kommunizm düşərgəsinin iflasa uğraması, SSRİ-nin tarix səhnəsini  tərk etməsi) nəticəsində  bir sıra xalqlar öz siyasi müstəqilliklərinə qovuşmuş, dünya xəritəsində  yeni müstəqil dövlətlər özünə yer almışdı. Belə dövlətlərdən biri də Gürcüstan Respublikasıdır.

1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, strateji cəhətdən çox əlverişli bir coğrafiyaya malik olan Gürcüstanı separatizm dalğası bürümüş,  respublika ciddi təhdidlərlər və parçalanma  təhlükəsi ilə üz-üzə qalmışdı. Başqa sözlə, Gürcüstan qlobal səviyyədə  baş verən geosiyasi oyunun qurbanına çevrilmişdir.  Bu oyunun əsas iştirakçıları olan iri dövlətlərin, beynəlxalq güclərin  maraqlarını və davranış tərzini başa düşmək o qədər də çətin deyil.  Diqqəti daha çox çəkən məqam isə, özlərinin yaratdıqları mifik tarixə uyan, əsasız iddialarları ilə  qonşu xalqlara  düşmən kəsilən, öz ağalarına hər zaman qul xidməti göstərməyə çalışan  ermənilərin bu güclərin əlində “baltaya” çevrilmələri, onların  regionda qətliamlar törədənlərin  ön cərgələrində yer almalarıdır.

Ermənilərin Cənibi Qafqaza gəlmə xalq olması danılması mümkün olmayan bir faktdır, lakin müxtəlif dövrlərdə regionda cərəyan edən hadisələrin təsiri altında  onlar bu regiona gəlmiş və ya köçürülmüşlər. Müasir Gürcüstan ərazisi də gəlmə ermənilərin məskunlaşdıqları areala daxildir.  Onlar bu ərazilərdə torpaq əldə etməklə kifayətlənməmiş, yerli xalqların, o cümlədən gürcülərin tarixinə,  mədəniyyətinə, adət-ənənələrinə yiyələnməyə cəhd etmiş, onlara öz evində sığınacaq verənlərə düşmən sifəti göstərmişlər. Buna əmin olmaq üçün İ. Çavçavadzenin 1902-ci ildə Tiflisdə rus dilində nəşr olunmuş «Erməni alimləri və fəryad edən daşlar» əsəri ilə tanış olmaq kifayətdir.  Erməniərin bu namərd xisləti 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı da özünü büruzə vermişdir.

Qeyd olunan müharibə zamanı ermənilərdən, daha çox Gürcüstan ermənilərindən təşkil olunmuş Baqramyan adına batalyon  Gürcüstan Respublikasını parçalamaq uğrunda separatçılar tərəfdə mübarizəyə qoşulmuşdu. Onlar sadəcə mübarizə aparmamış, gürcü əhaliyə qarşı qətliamlar törətmişlər.

Baqramyan adına batalyon   1993-cü ildə yaradılmışdı.  Onun üzvlərinin sayı  2000 nəfərə çatırdı.  “O, faktiki olaraq, öz bölmələri olan dviziya idi” (Бондо, Арвеладзе, Теймураз, Мибчуани.  Армянский батальон имени Баграмяна и этночистка Грузин в Абхазии. Тбилиси, 2009, с. 69).

Abxaziyada hərbi əməliyyatlar zamanı ermənilərin iştirakı ilə 7 min nəfər gürcü asılmış, güllələnmiş və yandırılmışdı. Onların sırasında  50 nəfər tibb işçisi, 200 nəfərdən çox pedaqoq, 100 nəfərdən çox mədəniyyət işçisi vardı (Шота Тетвадзе, Отар Тетвадзе. Армяне в Грузии. Тбилиси, 2008, с.159).

Gürcüstanın Qulripşi, Oçamçir, Qal, Suxumi rayonlarında və Suxumi şəhərində yüzlərlə dinc  insan  Baqramyan adına batalyon   tərəfindən  vəhşiliklə qətlə yetirilmişdi.  Bu batalyon qətliamların geniş vüsət aldığı Qulripşi rayonunda   daha fəal idi. “Qulripşidəki eşidilməmiş ölüm, vandalizm, sadizm faktlarının 90-95 %-i Baqramyan batalyonunun və Qulripşinin erməni sakinlərinin vicdanındadır. Erməni diasporu bu batalyonun güclənməsində  böyük rol oynamışdır. Keçmiş suxumililər, hal-hazırda Moskvada yaşayan Saturyan qardaşlarının rəhbərlik etdikləri “Tiko” Rusiya kommersiya   bankı xüsusi kömək göstərmişdi” (Ш. Тетвадзе, О. Тетвадзе. Армяне в Грузии,  с.159). Göründüyü kimi, haqqında söhbət gedən batalyon  bir qrup təsadüfi və silahlı insanın birliyi deyil, yaxşı təşkilatlanmış, xarci əlaqələri və maliyyə bazası olan, əvvəlcədən planlaşdırılmış məqsədlərə malik  cinayətkar bir strukturdur

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 562

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...