CƏMİYYƏT
A- A A+

“The Parliament magazine”: Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur

2016-11-17 10:05:13

Avropanın tanınmış “The Parliament magazine” jurnalının internet səhifəsində “Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur” adlı məqalə dərc olunub

Azadinform-un məlumatına görə, məqalədə qeyd edilir ki, Avropa İttifaqının bir çox üzvləri nüvə enerjisində imtina etmək niyyətində olduğu bir vaxtda, Ermənistanda hələ də köhnəlmiş atom stansiyası fəaliyyət göstərir, Belarusda isə yeni stansiyanın tikintisinə start verilib: “Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyası ötən əsrin 70-ci illərdə köhnəlmiş Sovet texnologiyası əsasında tikilməsindən başqa həm də seysmik zonada yerləşir. Stansiyada soyuqlama mexanizmləri aşağıda səviyyədə olduğu üçün burada baş verə biləcək hər hansı insident radiasiyanın ətrafa yayılmasına gətirib çıxaracaq. Bir müddət öncə isə Ermənistan rəsmiləri “nüvə silahına” malik olması ilə bağlı açıqlamalar verdilər. Mövcud problemi ağırlaşdıran digər bir faktor isə radiaktiv materialların qaçaqmalçılığa bağlı faktların aşkarlanmasıdır”.

Yazıda bildirilir ki, Avropa İttifaqı “Metsamor”u “ən köhnə və ən az güvəniləcək” stansiya kimi xarakterizə edərək stansiyanın bağlanmasına çağırış etmişdir. Bu əməliyyatın həyata keçirilməsi üçün Aİ Ermənistana 200 milyon avro ödəməyə də hazır idi. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Beynəlxalq Atom Agentliyinin Türkiyədə baş tutan 60-cı toplantısında Metsamor AES-nin bağlanmasına çağırış edib.

Bütün bu çağırışlara baxmayaraq Ermənistan Metsamor AES-ni istismar etməkdə davam edir. Stansiyanın istismar müddətinin 2010-cu ildə bitməsinə baxmayaraq Ermənistan ötən il “Metsamor”un 2026-cı ilə qədər işləyəcəyini elan etdi.

Məqalədə qeyd olunur ki, Aİ gözlənilən təhlükəni görməməzliyə vurmamalı, Slovakiya və Bolqarıstandakı AES-lərin bağlanmasına nail olduğu kimi eynilə Belarusdakı və Ermənistandakı stansiyalara qarşı da zəruri əməli addımlar atmalıdır.

 

https://www.theparliamentmagazine.eu/articles/partner_article/dialogue-europe/eu-playing-ostrich-politics-nuclear-safety-warns-ngo


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 999

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...