TƏDQİQATLAR
A- A A+

Xarici diplomatlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

2015-05-05 09:45:30

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə Bakıda səfərdə olan İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə nazir E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri haqqında danışaraq, dünyanın siyasi arenasında baş verən proseslər fonunda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, elm, təhsil və sosial sahələrdə aparılan islahatlar barədə qonaqlara məlumat verib.

Nazir E.Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olmasına başlıca maneə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin indiyədək həllini tapmamasının səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Səfirlər Azərbaycanın 23 illik müstəqillik dövründə əldə etdiyi nəzərəçarpacaq uğurlar barədə təəssüratlarını bölüşərək, dünyada artıq “Azərbaycan möcüzəsi” adlanan inkişaf modelinin formalaşdığını bildiriblər. Onlar Azərbaycanda insanların azad, firavan və gələcəyə böyük ümidlə yaşadıqlarının şahidi olduqlarını diqqətə çatdırıblar.

Qonaqlar Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdə xüsusilə son onillik ərzində qazandığı nailiyyətlərin birinci Avropa Oyunları kimi nəhəng idman tədbirlərinə ev sahibliyi etmək imkanı yaratdığını qeyd ediblər. Onlar Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1554

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...