SİYASƏT
A- A A+

Şura sədri Azay Quliyev “Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşları ilə görüşüb

2015-05-05 09:35:48

“Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı” layihəsinin icrasına başlanılıb.Şurada layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-ləri ilə görüş keçirilib.

Тoplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara ətraflı məlumat verib.

Şura sədri Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşən bir milyondan artıq azərbaycanlının əksər fundamental hüquqlarından məhrum edildiyini, zəbt olunan Azərbaycan ərazilərindəki mədəni, tarixi abidələrin tamamilə dağıdıldığını vurğulayıb. Azay Quliyev BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin qeyri-şərtsiz azad olunmasıyla bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq müddətdə Ermənistan tərəfindən icra edilməməsini təəssüflə qeyd edərək, vətəndaş cəmiyyəti institutlarını bu ədalətsizliyə qarşı mübarizənin önündə yer almağa çağırıb: “Ermənistanın Qafqazın konservatoriyası olan Şuşa şəhərini işğal edərək oradakı mədəni, tarixi abidələri dağıtması bütövlükdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir. QHT-lərin bu cür faktların beynəlxalq ictimaiyyətə çatdırılması, ədalətin bərpa olunması işində fəallıqlarını artırmalarına ciddi ehtiyac var”.

 Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Ermənistana qarşı sanksiyaların tətbiqinin çoxdan vaxtının çatdığını qeyd edən Şura sədri “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərin il boyu davam etdiriləcəyini bildirib.

Görüşdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sözügedən kampaniya çərçivəsində görülmüş işlər, Şuranın strukturu, fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1254

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...