CƏMİYYƏT
A- A A+

İstanbulda Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır

2016-11-11 08:45:24

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşüb

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev noyabrın 10-da Bakıda işinə başlayan "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirib.

Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən qonaq hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin reallaşdırıldığını bildirib.

 Qonağı 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına dəvət edən nazir bildirib ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 691

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...