SOSİAL
A- A A+

“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”

2016-11-10 22:30:12

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 8 noyabr 2016-cı il tarixində, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” hərbi vətənpərvərlik  mövzüsu ilə seminar–müşavirə keçirildi.

Tədbiri Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq ilk öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşların  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Daha sonra Cəlil Xəlilov həyata keçirilən “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”  layihəsinin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.  

Cəlil Xəlilov çıxışının sonunda qeyd etdi ki, layihə çərçivəsində keçirilən tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.

 Daha sonra tədbirdə mövzu ilə bağlı Məruzəçilər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdürü ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri ehtiyatda olan polkovnik Lətif Babayev və Veteran Qəzetinin məsul katibi Səidə Abdullayeva çıxış edərək, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq  səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” hərbi vətənpərvərlik mövzularında məruzələr, eyni zamanda Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan danışdılar.

  Tədbirdə  iştirak edən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyev, Azərbaycanın Respublikasi Müdafiyə Nazirliyinin Hərb Tarixi Muzeyinin  direktoru polkovnik  Əzizağa Qənizadə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov, yazıçı şairələrdən Fəridə Ləman və Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun həyat yoldaşı Bəturə Alıcanova çıxış edərək həyata keçirilən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində orta və ali məktəblərdə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” hərbi vətənpərvərlik mövzüsu ilə keçirilmiş  seminar–müşavirə  tədbirlərinı müsbət dəyəndərdirdilər.

 Tədbirdə Azərbaycanın Milli Qəhrəman Rafiq Cəfər oğlu Alıcanova həsr olunan “QƏHRAMANLAR  HEÇ VAXT UNUDULMUR” filmi  nümayiş etdirildi və tədbirin sonunda bir neçə şəhid ailəsinə ərzaq yardımı edildi.


Kateqoriya : SOSİAL Baxış sayı : 1034

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...