QHT və MEDİA
A- A A+

”Atəşkəs” filmi Norveç universitetində təqdim edilib

2016-11-10 10:00:49

Layihə

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqəiər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Norveç Krallığının Bergen şəhərindəki Begen Universitetinin sosial elmlər fakültəsinin magistr tələbələri ilə  “Azərbaycan Sovetlərdən sonra” adlı seminar keçirib.

Məlumata görə, seminar çərçivəsində Macarıstanın Turan fondu və Beynəlxalq Avrasiya Fondu ilə ortaq olaraq macar rejissoru tərəfindən çəkilmiş “Atəşkəs” filminin təqdimatı olub. 

Seminarı giriş sözü ilə Bergen Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin Norveç nümayəndəsi Aysel Əhmədli açıb və Azərbaycan Respublikasının SSRİ-dən ayrıldıqdan sonrakı illərdə baş verən ictimai-siyasi hadisələr haqqında, Ermənistanla Azərbaycan arasında 25 ildir ki, uzanan Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən, bir milyondan çox insanın öz doğma yurd-yuvasından qaçqın düşməsindən və bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının bu illər ərzində davamlı iqtisadi inkişafından danışıb. 

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli “Atəşkəs filmi barədə məlumat verib və qeyd edib ki, bu film ermənilərin Azərbaycanın bütün sərhəd boyu ərazilərini atəşə tutmasından və nəticədə günahsız insanların həlak olmasından bəhs edir.  

Sonra “Atəşkəs” filmi Begen Universitetinin tələbə magistrləri üçün nümayiş olunub. Sonda Nazim Əhmədli seminar iştirakçılarının hər birinə “Atəşkəs” filminin nüsxələrini hədiyə edib. Universitetin bir neçə tələbəsi öz təəssüratlarını  video-müsahibə olaraq tədbirin təşkilatçıları ilə bölüşüblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 601

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...